30 Aprel 2024 19:20
317
CƏMİYYƏT
A- A+

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 30-da BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda ana və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat verən komitə sədri uşaqlara qayğının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Bu sahəni əhatə edən mühüm dövlət proqramları, həyata keçirilən ardıcıl tədbirlər barədə danışan H.Hüseynova qeyd edib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrlə bağlı yürüdülən məqsədyönlü siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Söhbət zamanı ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, onların hüquqlarının müdafiəsinin hüquqi aspektlərindən söz açan komitə sədri vurğulayıb ki, Milli Məclis bu sahədə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, həmçinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizdə ailə, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aparılan dövlət siyasətini müsbət dəyərləndirib, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş əhəmiyyətli uğurları qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi bir sıra mühüm layihələr barədə məlumat verən qonaq bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı zamanı onların təhlükəsiz şəraitdə yaşaması üçün əhali arasında minalarla bağlı geniş maarifləndirmə işi həyata keçirir.

Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video