15 İyun 2025 09:40
983
Mədəniyyət
A- A+
Ümummilli Lider və milli-mənəvi dəyərlərimiz

Ümummilli Lider və milli-mənəvi dəyərlərimiz


Hər bir xalqın mədəniyyəti, milli-mənəvi dəyərləri onun kimliyini, keçmişini və gələcəyini göstərən başlıca amillərdir. Çünki xalqların  mənəvi inkişafında, onların milli şüurunun formalaşmasında zaman-zaman yaranmış və qorunub saxlanmış milli-mənəvi dəyərlər olduqca mühüm əhəmiyyət kəsb edir. Xalqların milli-mənəvi dəyərlərini isə onların dili, dini və adət-ənənələri, daim inkişafda olan mədəniyyəti, incəsənəti, ədəbiyyatı şərtləndirir.

Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinə yüksək qiymət verərək demişdir: "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". Sonrakı tarix göstərdi ki, Ümummilli Lider bu sözləri təsadüfən söyləməmişdir. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən xalqımızın milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirmiş və cəmiyyətimizin müxtəlif sahələrində insanları mənəvi yüksəlişlərə ruhlandırmış, milli-mənəvi dəyərlərimizin formalaşması, qorunması və inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində olduqca mühüm addımlar atmışdır. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu qürur və iftixar dolu şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra zəruri tədbirlər həyata keçirmiş, milli-mənəvi dəyərlərimizin daim öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini başlıca vəzifələrdən biri kimi irəli sürmüşdür. 

Çox böyük uzaqgörənliklə "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən Ulu Öndər  azərbaycançılığa milli ideologiya kimi yüksək dəyər verirdi. Mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm rəmzi kimi qiymətləndirir, içindən çıxdığı xalqın tarixi keçmişini, mədəni irsini, milli-mənəvi dəyərlərini əbədi olaraq insanların qəlbinə, ürəyinə hopdurmağa çalışırdı. Cəmiyyətin bütün təbəqələrinə təlqin edirdi ki, insanın şəxsiyyət kimi formalaşmasında bu mənəvi dəyərlərin çox böyük rolu var.

Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yenicə yaranmağa və formalaşmağa başlayan gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla bərabər, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafını da daim diqqət mərkəzində saxlamışdır. Milli-mənəvi dəyərlər və azərbaycançılıq sözləri hər birimiz üçün doğma və əzizdir, ürəyimizi, qəlbimizi coşduran müqəddəs bir amaldır. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın dərin köklər üstündə formalaşması və inkişaf etməsi deməkdir. 

Bütün zaman və quruluşlarda milli dövlətçilik və milli-mənəvi dəyərlər həmişə bir-biri ilə sıx vəhdətdə olub. Tarixdən məlumdur ki, yalnız özünü bir millət kimi dərk edən, sınaqlardan üzüağ çıxan xalqın uğurlu sabahlara hesablanmış dolğun bir inkişaf strategiyası ola bilər. Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu strategiyanı yaratmaqla yanaşı, həm də çox böyük uzaqgörənliklə, məharət və bacarıqla onu həyata keçirdi, reallığa çevirdi. Böyük fəxrlə, iftixarla və qürurla "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" deyən Ulu Öndər yaşadığı bütün şərəfli ömrünü bu müqəddəs amala sərf etdi. Hələ keçmiş Sovetlər Birliyi zamanı Ulu Öndərin göstərişi ilə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan abidələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bütün görülmüş bu tədbirlər, həyata keçirilmiş layihələr milli-mənəvi dəyərlərimizin həm qorunub saxlanmasına, həm də inkişaf etdirilməsinə böyük təkan verdi. 

Bir zamanlar keçmiş ittifaqın qadağalarına məruz qalmış, yasaq olunmuş milli və dini bayramlar, adət-ənənələr, müxtəlif mərasimlər xalqa qaytarıldı. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda xalq arasına çıxır, vətəndaşlarımızla görüşüb bayramlaşırdı. Azad, müstəqil və qüdrətli ölkədə yaşayan xalqımız Novruz sevinclərindən, bu görüşdən, bu bayramlaşmaqdan zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan, Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası miqyasında həyata keçirirdi. Qırğızların "Manas" eposunun 1000 illik yubileyində çıxış edən Ümummilli Lider bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi. 

Ulu Öndər Heydər Əliyev islam dini ilə bağlı olan mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması barədə  müvafiq göstəriş və sərəncamlar vermişdir. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ümummilli Liderin  dini-əxlaqi dəyərlərə sadiqliyinin daha bir göstəricisi idi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizlə öyünərək demişdir: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik".

Xalqımızın taleyində, tarixində müstəsna xidmətləri olmuş Ümummilli Liderin rəhbərlikdə olduğu illər ərzində  xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən islam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa ürəkdən bağlılığını və dini dəyərlərə sədaqətini göstərən yaddaqalan nümunələrdir. Heydər Əliyevin bayramlarda məscidlərə getməsini, dindarlarla görüşməsini, onların mənəvi ehtiyaclarına həssaslıqla yanaşmasını xalqımız böyük razılıq və minnətdarlıq hissi ilə xatırlayır.

Milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində zəruri işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli dəyərlərimiz həm dövlət, həm də xalq tərəfindən qorunur və inkişaf etdirilir. Çünki xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Çünki milli dövlətçilik anlayışı yalnız ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasını özündə birləşdirir. Tarixi təcrübə göstərir ki, dövlətçilik hisslərinə sahib olmayan, bu hissi daim ürəyində, qəlbində yaşatmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bütün bu amillərə yüksək dəyər verən Prezident İlham Əliyev  uğurlarımızın əsas şərtinin çox haqlı olaraq "müstəqil siyasət, milli maraqların qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq" olduğunu bildirmişdir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!