01 Fevral 2026 20:58
1545
SİYASƏT
A- A+
Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

           

Gənclər siyasəti milli inkişafın tərkib hissəsi kimi strateji əhəmiyyətə malikdir. Belə ki, uğurlu gənclər siyasəti gələcəyə milli sərmayədir. Nəzərə alsaq ki, uzunmüddətli milli inkişafın təmin edilməsi baxımından gənclər gələcək innovator və liderlərdir, bu sahədə əldə edilən istənilən uğur davamlı milli inkişaf üçün sabit intellektual baza təmin edir.

Effektiv gənclər siyasəti eyni zamanda milli kimlik hisslərinin formalaşmasına zəmin yaradır. Belə ki, gənc nəslə düzgün dəyərlər, qanunun aliliyi hissi və sosial məsuliyyət hissi aşılamaq, sağlam vətəndaş mədəniyyəti formalaşdırmaq üçün istiqamət verilir. Xüsusilə dil, mədəniyyət və tarix təhsili sahəsində gənclər siyasəti milli mədəniyyətin və kimliyin qorunmasına, dəyərlərin təhrif olunmasının qarşısını almağa kömək edir. Qloballaşma, rəqəmsallaşma və sürətli dəyişikliklər kontekstində gənclərin düzgün yönləndirilməsi daha vacibdir.

Azərbaycanda da gənclər siyasəti hər zaman prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan bu sahədə bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.

Belə ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra — BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilib.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə ardıcıl gənclər forumları keçirilməyə başladı.

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. “Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”,- deyən Ulu Öndərin imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadrlar kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər davam etdirilir.

Bu gün Azərbaycan gəncləri yüksək intellektə, müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına malikdir.

Gənclərin idarəçilik sisteminə cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata keçirilir. “Yüksəliş” müsabiqəsindən çıxan bir çox gənc artıq bu etimadı doğruldub. Azərbaycan gənclərinin fəaliyyətinin stimullaşdırılması, onların elmi və yaradıcılıq potensialının düzgün yönəldilməsi məqsədilə dövlət proqramları icra olunub və bu proses davam edir. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Məhz bunların nəticəsidir ki, ölkəmizin daxili və xarici siyasətinin həyata keçirilməsində gənclərimiz bu gün fəal rol oynayırlar. Bütün sahələrdə idman, mədəniyyət, iqtisadiyyat, ictimai fəaliyyət sahəsində onlar aktiv iş görürlər, ölkəmizi uğurla təmsil edirlər. Təsadüfi deyil ki, 2013-cü ildən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib və hər il müxtəlif fəaliyyət sahələrində xüsusi fərqlənən istedadlı gənclərimiz bu mükafata layiq görülürlər.

Gənclərimiz həm də dünyada öz cəsarəti və vətənpərvərliyi ilə seçilir.

Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi ərazi bütövlüyümüzün, sərhədlərimizin müdafiəsi uğrunda canını fəda etməyə hazırdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, heç vaxt Qarabağı görməyən, amma Qarabağ uğrunda, Vətən uğrunda ölümə getməyə hazır olan gənclər yetişib.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”.

Azərbaycan gəncliyi bu gün həm də informasiya müharibəsinin ön cəbhəsindədir. Birgə səylər nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə edir.

Bu gün Azərbaycan gəncliyinin uğurları bir daha təsdiqləyir ki, gənclər siyasəti strateji baxımdan dövlətin təhlükəsizliyi, inkişafı və gələcək uğurları üçün əsas sütunlardan biridir.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!