07 İyul 2026 08:56
572
Mədəniyyət
A- A+
Üç roman, bir həqiqət

Üç roman, bir həqiqət


Yazıçı-dramaturq Hüseynbala Mirələmovun qələmindən çıxan üç yeni kitabın - "Ruhum, gözlərini yum...", "Eşqin rəngləri" və "Bəyaz buludlar üstdə" əsərlərinin təqdimatı keçirilib. Müxtəlif mövzulara həsr olunan bu romanları birləşdirən əsas xətt insanın mənəvi aləminə, vicdanına, sevgisinə və həyat qarşısında etdiyi seçimlərə müəllif baxışıdır.

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatındakı bənzərsiz üslubundan bəhs edib. O, müəllifin yeni işıq üzü görən əsərlərində insanın daxili dünyası, mənəviyyatı, sevgisi və həyat amallarına tamamilə yeni bir baxış bucağından yanaşdığını diqqətə çatdırıb. Əlavə edib ki, yaradıcılığında mənəvi meyarları hər zaman ön plana çəkən yazıçı bu dəyərləri qəhrəmanların daxili sarsıntıları, çarpışmaları və taleyüklü seçim anları fonunda işıqlandırır.

Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin komissiya sədri Eldar İbrahimov, millət vəkili Ziyad Səmədzadə, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid və digər natiqlər yazıçının vətəndaşlıq mövqeyini, mövzu dairəsinin genişliyini və çoxşaxəli yaradıcılığını xüsusi qeyd etdilər. Diqqətə çatdırıldı ki, H.Mirələmovun yaradıcılığı beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, yazıçının kitabları dünyanın 50-dən çox ölkəsində müxtəlif dillərə tərcümə olunaraq nəşr edilib.

Tədbirin bədii hissəsində Akademik Milli Dram Teatrının aktyoru Kazım Həsənquliyev müəllifin "Vəsiyyət" pyesindən monoloq ifa etdi. Tədbir yeni əsərlər ətrafında müzakirələrlə yekunlaşdı.

Qeyd edək ki, romanların hər biri tamamilə fərqli mövzulardan bəhs edir. Lakin oxucu onların daxili məzmununa diqqət yetirdikdə vahid bir fəlsəfi bağ görür. Yazıçı hər 3 əsərində insan varlığını, onun vicdan sınaqlarını, saf duyğularını və həyat yolunda etdiyi taleyüklü seçimləri araşdırır. Müəllifin baxışı bəşəridir, lakin milli köklərə bağlıdır.

Müasir dünyamız sürətlə rəqəmsallaşır. Süni intellekt və yüksək texnologiyalar həyatımızın hər bir sahəsinə daxil olur. Hüseynbala Mirələmov məhz bu qlobal mövzuya toxunaraq "Ruhum, gözlərini yum..." adlı dərinməzmunlu bədii-fəlsəfi roman yazıb. Müəllif əsərində texnoloji tərəqqiyə qarşı çıxmır, əksinə, elmin tibb, təhsil, sənaye və gündəlik məişətdə insanlara gətirdiyi rahatlığı yüksək qiymətləndirir. Romanın gələcəyə baxışı kifayət qədər nikbindir. Amma yazıçını düşündürən daha böyük bir sual var: maşınlar və alqoritmlər insanın daxili dünyasını əvəz edə bilərmi?

Əsərin baş qəhrəmanı Leo ideal və qüsursuz bir varlıq yaratmaq eşqinə düşür. Onun bu istəyi elmlə mənəviyyat arasındakı incə cizgini üzə çıxarır. Leo dramatik hadisələrin içindən keçərək anlayır ki, heç bir süni zəka insan qəlbinin dərinliyini, onun mərhəmət, sevgi və vicdan kimi ali hisslərini təqlid edə bilməz. Kitab bəşəriyyətə bir xəbərdarlıqdır: texnologiya nə qədər qüdrətli olursa-olsun, insanı insan edən dəyərlər toxunulmaz qalmalıdır.

Müəllifin "Eşqin rəngləri" romanı isə tamamilə fərqli bir müstəvidə, yəni psixoloji və fəlsəfi müstəvidə yazılıb. Burada diqqət mərkəzində insan qəlbinin ən gizli və incə telləri dayanır. Yazıçı sevgiyə adi bir hiss kimi yanaşmır. Onun təqdimatında eşq insanı tərbiyə edən, kamilləşdirən və mənəvi cəhətdən bütövləşdirən müqəddəs bir qüvvədir. Romanda sədaqət imtahanı, daxili tərəddüdlər çox böyük ustalıqla təsvir olunub. Hüseynbala Mirələmov özünəməxsus yazı tərzi ilə oxucuya çatdırır ki, insan ömrünü mənalı edən, ona ən gözəl rəngləri bəxş edən məhz daxili saflıq və qarşılıqlı hörmətdir. 

Üçlüyün sonuncu fəlsəfi nümunəsi "Bəyaz buludlar üstdə" əsəridir. Bu kitab həyatın çətin, mürəkkəb sınaqları ilə üz-üzə qalan insanların taleyi barədədir. Yazıçı qəhrəmanlarının daxili dünyasını sanki bir psixoloq kimi analiz edir: hər bir insan həyatda çətinliklərlə qarşılaşır və əsas məsələ bu çətinliklər qarşısında sınmamaq, əxlaq dəyərlərini qoruyub saxlamaqdır. Müəllif oxucuya aşılayır ki, insanın ən böyük rəhbəri onun vicdanı və məsuliyyət hissidir. Obrazların qarşılaşdığı mənəvi maneələr bədii boyalarla elə təsvir edilib ki, hər bir oxucu orada öz həyatından bir parça tapa bilir.

Hüseynbala Mirələmovun qələmindən çıxan əsərlər hər zaman oxucu auditoriyasının diqqət mərkəzində olub. Müəllifin bir çox əsərləri teatr səhnələrində oynanılıb, filmlərə mövzu olub. Onun yeni əsərləri də oxucular üçün dəyərli xəzinədir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!