16 Yanvar 2026 19:27
407
CƏMİYYƏT
A- A+
Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  


Yanvarın 16-da İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycana, o cümlədən Bakı şəhərinə işgüzar səfəri reallaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində qonaqlar Bakı Şəhər Prokurorluğunda olublar.

Qonaqları qəbul edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının fəaliyyəti, idarəetmə sistemi, struktur quruluşu və səlahiyyət dairəsi, habelə istintaq, prosessual nəzarət və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə onlara ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, hüquqi sahədə təcrübə mübadiləsinin institusional əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Nümayəndə heyətinə “Elektron Prokurorluq” İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib. Sözügedən sistemin funksionallığı, məlumatların inteqrasiyası imkanları və innovativ yanaşmaları qonaqlarda xüsusi maraq doğurub, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsinin gələcək əməkdaşlıq baxımından faydalı olacağı qeyd edilib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.

Baş prokuror, həmçinin İstanbul Şəhər Prokurorluğu tərəfindən Qarabağ Universitetinin kitabxanasına hüquq sahəsinə dair xeyli sayda elmi və tədris vəsaitinin bağışlanmasını məmnunluq hissi ilə qeyd edib, bu təşəbbüsün gənc hüquqşünasların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin təşviqi və hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, göstərilən diqqət və dəstəyə görə öz təşəkkürünü ifadə edib.

Tərəflər arasında hüquqi sahədə mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin, peşəkar kadrların hazırlığı, təlim proqramlarının təşkili və institusional təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Gələcək dövrdə əlaqələrin davam etdirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın yeni formatlar üzrə inkişaf etdirilməsi barədə razılıq ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

15:00
16 Fevral

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb  

14:49
16 Fevral

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

14:36
16 Fevral

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

14:19
16 Fevral

Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb – YENİLƏNİB 

14:01
16 Fevral

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!