19 Aprel 2024 14:08
202
İQTİSADİYYAT
A- A+

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

 

Türkiyə 2025-ci ildə Somali sahillərində neft kəşfiyyatına başlamaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə NTV telekanalının efirində deyib.

“Biz hesab edirik ki, Somali sahillərində neft ehtiyatları ola bilər. Həmin ərazilərdə seysmik işlər aparırıq, 2025-ci ildə isə dərin dəniz qazmalarına başlamağı planlaşdırırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə və Somali bu ilin martında neft və qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb. Fevralda hər isə iki ölkə 10 il müddətinə müdafiə və iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqavilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə müdafiə məqsədilə Somalinin ərazi sularına daxil olmasına, həmçinin dəniz quldurları, qaçaqmalçılar və brakonyerlərlə mübarizəyə icazə verir.

Bundan əlavə, Ankara Somalinin iqtisadi dəniz zonasının istismarından əldə edilən gəlirlərin 30 faizini götürəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video