13 Mart 2026 14:11
108
İQTİSADİYYAT
A- A+
Tomas Lamanauskas: Azərbaycanın şəhərlərin rəqəmsal transformasiyasında liderlik üçün bütün əsasları var  

Tomas Lamanauskas: Azərbaycanın şəhərlərin rəqəmsal transformasiyasında liderlik üçün bütün əsasları var  


Azərbaycan artıq rəqəmsal sahədə liderliyini möhkəmləndirmək üçün əhəmiyyətli addımlar atır. Ötən il ölkədə, həmçinin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı keçirilib. Bu, dövlətlərin rəqəmsal inkişaf məsələlərini müzakirə etdiyi əsas qlobal tədbirdir.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş direktor müavini Tomas Lamanauskas bildirib.

Tomas Lamanauskas Azərbaycanda aparılan səylərin davamlı qlobal inkişafın təşviqinə və regionda rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə necə töhfə verə biləcəyinə dair sualı cavablandırarkən deyib ki, Azərbaycan COP29 çərçivəsində də rəqəmsal təşəbbüslərə yüksək səviyyədə sadiqliyini nümayiş etdirib. Xüsusilə, 80-dən çox hökumət tərəfindən imzalanan “Yaşıl Rəqəmsal Fəaliyyət” Bəyannaməsi işə salınıb.

“Bu, ölkənin artıq qlobal rəqəmsal gündəmin formalaşdırılmasında aparıcı rol oynadığını göstərir”, - deyə ekspert qeyd edib.

Tomas Lamanauskas, həmçinin xatırladıb ki, Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı zamanı Regional İnnovasiya Mərkəzi yaradılıb ki, bu da Azərbaycanın regional rəqəmsal inkişaf mərkəzi kimi mövqeyini daha da gücləndirir.

O bildirib ki, hazırda Azərbaycanda rəqəmsal təşəbbüsləri şəhər inkişafı gündəliyi ilə uzlaşdırmaq üçün bütün zəruri əsaslar mövcuddur.

“Ümumdünya Şəhərlər Forumu tərəfdaşları bir araya gətirmək və şəhərlərin gələcəyi üçün əsas əhəmiyyət kəsb edən məsələləri, o cümlədən “ağıllı” şəhərlərin və intellektual şəhər infrastrukturlarının inkişafını müzakirə etmək üçün əla platforma təqdim edir”,- deyə Tomas Lamanauskas bildirib.

BTİ nümayəndəsinin sözlərinə görə, belə texnologiyalar yalnız şəhərlərin səmərəli idarə olunması və həyat keyfiyyətinin yüksəldilməsi üçün deyil, həm də uzunmüddətli perspektivdə davamlı rəqəmsal transformasiyanın təmin olunması üçün vacibdir.

Tomas Lamanauskas əlavə edib ki, rəqəmsal liderlik üçün təməl artıq formalaşdırılıb və Ümumdünya Şəhərlər Forumu daha geniş rəqəmsal gündəliyi konkret şəhər rəqəmsal gündəliyinə çevirmək üçün imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

Latviya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur  

15:33
13 Mart

Dövlət Xidmətinin rəisi Bərdədə vətəndaşların müraciətlərini dinləyib

15:31
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!