12 Aprel 2026 15:57
147
CƏMİYYƏT
A- A+
Tolerantlıq və multikultural dəyərlər modeli - Nic kəndi

Tolerantlıq və multikultural dəyərlər modeli - Nic kəndi

Nic kəndində Pasxa bayramı qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri məlumat verir ki, bu gün Nic kəndindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, müxtəlif rayonlardan gələn çoxsayda qonaq və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bu günün onlar üçün fərqli, əlamətdar bir tarix olduğunu bildirib. İcma rəhbəri Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik edib.

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Nic qəsəbəsinin axundu Orxan Xasmədov udinlərin Pasxa bayramını təbrik edib. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirən axund Nic kilsəsinin bərpasını xalqımızın tolerantlığına gözəl nümunə kimi dəyərləndirib.

Nic kəndi bu günlər qonaqlı-qaralıdır desək yanılmarıq. Çoxsaylı qonaqlar sırasında Xalq artisti Fidan Hacıyeva ilə qarşılaşırıq. Opera ifaçısı ailəsi ilə Pasxa bayramına dəvət edildiyini və bu fürsəti dəyərləndirdiyini bildirib. Fidan xanım Nicdə əsl tolerantlıq mühitinin yaşandığını, gördüyü mənzərədən, qarşılaşdığı məqamlardan qürurla danışıb.

“Dostlarıma təşəkkürümü bildirirəm ki, bizi dəvət ediblər. Bura çox gözəl, qədim bir yerdir, vuruldum bu insanların qonaqpərvərliyinə. Burada udinlərlə azərbaycanlılar bir yerdə mehribanlıqla yaşayır. Bunları birləşdirən mədəniyyət və tolerantlıqdır,”-deyən Xalq artisti Nicdə Udi Ocağı Mədəniyyət Mərkəzinin muzeyi ilə də tanış olduqlarını, böyük təəssüratlarla geri dönəcəklərini söyləyib.

Bu arada dini ibadətlər icra edilib, kilsədə şamlar yandırılıb, dualar oxunub. Məbədin həyətində bayram süfrəsi açılıb.

Xatırladaq ki, Nic kəndi tək Azərbaycanda deyil artıq dünyada tolerantlığın kiçik modeli hesab edilir. Kənddə 3 kilsə, iki məscid fəaliyyət göstərir. Azərbaycanda 4000 (min) udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Kənddə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibb tariximizdə silinməz iz qoymuş görkəmli alim

19:36
12 Aprel

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

19:35
12 Aprel

Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

19:34
12 Aprel

Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağı tapşırıb  

19:01
12 Aprel

Premyer Liqa: "Qəbələ" öz meydanında "İmişli"yə uduzub

17:33
12 Aprel

XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

16:27
12 Aprel

Tolerantlıq və multikultural dəyərlər modeli - Nic kəndi

15:57
12 Aprel

Çin Tayvanla münasibətlərin yaxşılaşdırılması üzrə 10 maddəlik siyasət paketi elan edib  

15:23
12 Aprel

Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib

14:39
12 Aprel

Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

14:02
12 Aprel

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər  

13:44
12 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib

13:18
12 Aprel

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:39
12 Aprel

Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub

12:13
12 Aprel

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

11:38
12 Aprel

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb 

11:16
12 Aprel

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir 

11:05
12 Aprel

Tədqiqat: Keçən il rekord həcmdə buzlaq əriyib

10:48
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO  

10:26
12 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!