12 Aprel 2026 19:36
149
CƏMİYYƏT
A- A+
Tibb tariximizdə silinməz iz qoymuş görkəmli alim

Tibb tariximizdə silinməz iz qoymuş görkəmli alim


Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Bu əlamətdar gündə biz böyük alimin zəngin elmi irsini, insanlara bəxş etdiyi şəfa və ümid dolu ömrünü dərin ehtiramla yad edirik.

Zərifə xanım Əliyeva bütün həyatını Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş, oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə tibb tariximizdə silinməz iz qoymuşdur. Onun traxoma kimi ağır xəstəliyə qarşı apardığı məqsədyönlü mübarizə nəticəsində bu sosial bəlanın ölkəmizdə aradan qaldırılması mümkün olmuşdur. Eyni zamanda qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsi istiqamətində apardığı tədqiqatlar müasir oftalmologiyanın inkişafına mühüm töhfələr vermişdir.

Akademik Zərifə Əliyeva həm böyük alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik, insanlara sevgi və qayğı ilə yanaşan nəcib şəxsiyyət idi. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, o, “insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. Bu fikirlər Zərifə xanımın zəngin daxili aləmini və onun insanlara bəxş etdiyi mənəvi işığı aydın şəkildə ifadə edir.

Ulu Öndər həmçinin vurğulayırdı ki, “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim və ictimai xadim olaraq əsl insanlıq zirvəsinə yüksəlmişdir”. Bu dəyərlər onun həyat və fəaliyyətinin əsasını təşkil etmiş, onu cəmiyyət üçün əvəzsiz bir örnəyə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Zərifə xanımın şəxsiyyətinə yüksək dəyər verərək qeyd edir ki, onun həyat fəlsəfəsinin əsasında uşaqlıqdan formalaşan xeyirxahlıq, şəfqət və insanlara sevgi dayanırdı. Cənab Prezidentin sözləri ilə desək, “insan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir” və Zərifə xanım bu dəyərləri bütün həyatı boyu yaşadaraq ətrafına ötürmüşdür.

Eyni zamanda cənab Prezident İlham Əliyev Zərifə Əliyeva haqqında dərin duyğularla bildirir ki, o, son günlərində belə məğrurluğunu qoruyaraq, həyatı boyu olduğu kimi, insanlara sevgi və qayğı hissi ilə yaşamışdır. “Onu sakitləşdirən məhz yaxşılıq idi” fikri Zərifə xanımın həyat amalını ən dolğun şəkildə ifadə edir.

Akademik Zərifə Əliyeva həm də böyük pedaqoq və elm təşkilatçısı kimi Azərbaycan səhiyyəsində mühüm rol oynamış, yüzlərlə gənc həkimin yetişməsinə töhfə vermişdir. Onun elmi əsərləri, monoqrafiyaları və dərs vəsaitləri bu gün də öz aktuallığını qoruyaraq mütəxəssislər üçün dəyərli mənbə olaraq qalır.

Bu gün Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti onun ideyalarının və elmi məktəbinin uğurla davam etdirildiyini göstərir. Onun zəngin irsi Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda davam edir.

Akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun həyat yolunu gələcək nəsillər üçün parlaq nümunə hesab edirik. Onun adı Azərbaycan tarixində daim uca tutulacaq, xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibb tariximizdə silinməz iz qoymuş görkəmli alim

19:36
12 Aprel

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

19:35
12 Aprel

Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

19:34
12 Aprel

Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağı tapşırıb  

19:01
12 Aprel

Premyer Liqa: "Qəbələ" öz meydanında "İmişli"yə uduzub

17:33
12 Aprel

XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

16:27
12 Aprel

Tolerantlıq və multikultural dəyərlər modeli - Nic kəndi

15:57
12 Aprel

Çin Tayvanla münasibətlərin yaxşılaşdırılması üzrə 10 maddəlik siyasət paketi elan edib  

15:23
12 Aprel

Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib

14:39
12 Aprel

Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

14:02
12 Aprel

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər  

13:44
12 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib

13:18
12 Aprel

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:39
12 Aprel

Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub

12:13
12 Aprel

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

11:38
12 Aprel

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb 

11:16
12 Aprel

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir 

11:05
12 Aprel

Tədqiqat: Keçən il rekord həcmdə buzlaq əriyib

10:48
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO  

10:26
12 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!