18 Oktyabr 2025 08:40
754
SİYASƏT
A- A+
Tariximizin qürur və Zəfər səhifəsi

Tariximizin qürur və Zəfər səhifəsi


Yer üzündə yaşayan bütün xalqlar zaman-zaman müstəqil dövlət qurmağa, azad yaşamağa can atıblar. Azərbaycan xalqı da XX əsrdə gərgin mübarizələrdən sonra iki dəfə müstəqilliyinə qovuşdu. İlk dəfə 1918-ci ildə böyük əziyyətlər bahasına qurulan Azərbaycan Xalq Cümhuriyyəti 2020-ci il aprel ayının 27-də bolşeviklər tərəfindən qan içində boğuldu. 

XX əsrin sonlarında baş verən geosiyasi hadisələr isə Azərbaycanın itirilmiş müstəqilliyini bərpa etməsi üçün münbit şərait yaratdı. Və nəhayət, 1991-ci il  oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Daha dəqiq desək, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Bununla da "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş oldu. 

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul  olundu.

Həmin tarixdən artıq 34 il keçir. Müsəlman Şərqində ilk demokratik, hüquqi dövlətini quran xalqımız bu şərəfli tarixlə həmişə qürur duyur. Qalib xalqımız bu günü sevinclə, fərəhlə qeyd edir. Eyni zamanda unutmur ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Müstəqilliyimiz bərpa olunduqdan sonra indiyə qədər azadlığımız, ərazi bütövlüyümüz uğrunda minlərlə vətənpərvər oğullar canlarından keçiblər və xalqımız ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirələrini daim ehtiramla yad edir.

Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmiz Ermənistanın ərazi iddiası ilə üz-üzə qaldı. Qarabağda və Şərqi Zəngəzurda müharibə alovlandı. Erməni işğalçılarının başladığı savaş nəticəsində minlərlə soydaşımız doğma ocaqlarından didərgin düşdü. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan xalqı az müddətdən sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və elan olunmamış müharibə, digər tərəfdən isə dövlət rəhbərliyində çalışanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi.

Belə çətin bir vaxtda müdrik xalqımız böyük şəxsiyyət, təcrübəli dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər xalqın dəvətini qəbul edərək hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi qorumaq və ölkəni möhkəmlətmək üçün fəaliyyətə başladı. Ümummilli Liderin rəhbərliyi altında qısa zamanda bütün sahələrdə uğurlar qazanıldı. Ən başlıcası, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs razılaşması əldə olundu. Bundan sonra ölkə iqtisadiyyatında islahatlara start verildi. Bunun sayəsində ölkəmizin iqtisadiyyatı tədricən dünya iqtisadiyyatına inteqrasiya olundu. Dünyanın nüfuzlu neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. Sonralar Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə etmişdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".  Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində görülən təxirəsalınmaz tədbirlər və uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmiz iqtisadi, siyasi, hərbi və sosial sahələrdə uğurlar qazandı. Müstəqilliyimizi əbədi və dönməz edən böyük şəxsiyyət  öz zəngin siyasi təcrübəsi, yüksək Vətən sevgisi, xalq təəssübkeşliyi ilə ölkəmizin dayaq sütunlarını möhkəmləndirdi, xarici siyasətini düzgün məcraya yönəltdi, iqtisadi gücünü artırdı, dövlətin təhlükəsizliyini təmin etdi. 

Azərbaycan 2003-cü ilin oktyabrından yolunu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və bu gün dünyanın Müzəffər Ali Baş Komandan kimi tanıdığı və hörmət etdiyi İlham Əliyevlə davam etdirir. 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalmış ölkəmizin tarixi əraziləri məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olundu. Məhz dövlətimizin başçısının qətiyyəti, güclü iradəsi və yüksək bacarığı sayəsində müstəqillik yolumuzun tarixinə Zəfər səhifəsi yazıldı. 

Bu gün Prezident İlham Əliyev xalqımızın tarixi nailiyyəti olan  müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə  İlham Əliyevin dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi islahatlar və atdığı uğurlu addımlar həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Xüsusən siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti İlham Əliyevi yeni əsrin əvəzolunmaz liderinə çevirib. 

Artıq beş ildir ki, bütün dünya azərbaycanlıları Müstəqilliyimizin Bərpası Gününü Vətən müharibəsində işğalçı Ermənistan üzərində  qazanılan Zəfərin yaratdığı böyük sevinclə qeyd edir. Bu beş il ərzində dövlətimizin başçısı İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma  və bərpa işlərini  şəxsən nəzarətdə saxlaması xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. 

Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşərək dünyada tanınan demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. Böyük əminliklə demək olar ki, Azərbaycan xalqı tarixi ənənələrinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da dövlətimizin müstəqilliyini daha da möhkəmləndirəcək, Azərbaycanı dünyanın ən qüdrətli, ən güclü ölkələrindən birinə çevirəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!