Şuşanın mədəni irsi epiqrafik abidələr əsasında tədqiq edilir
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin "Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında" adlı monoqrafiyası işıq üzü görüb.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.
Monoqrafiya əsərinin mövzusu və kitabda qarşıya qoyulmuş hədəflər olduqca aktual və öyrənilməsi mühüm problemlərdir. Belə ki, 30 il işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandal aktlarının, o cümlədən dağıdılmış və yaxud təhqir, təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Başqa ifadə ilə desək, Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin müxtəlif yönləri ilə yeni baxış bucağı və yeni reallıqlar əsasında tədqiq edilməsi Azərbaycan elminin qarşısında duran mühüm vəzifələrdən biridir.
Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısına qədər bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrinə qısa şəkildə nəzər salınıb.
Əsərin ikinci fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.
Xüsusi vurğulanmalıdır ki, bütövlükdə Azərbaycan, ələlxüsus Şuşa şəhəri epiqrafik abidələrlə, inşaat kitabələri və məzar daşları üzərinə həkk olunmuş yazılarla zəngin olan bir məkandır. Yazılı kitabələr, üzərinə hörülmüş hər hansı bir inşaat binası və tarixi abidə haqqında ilk mötəbər qaynaqlar hesab olunur. Yazılı kitabələr abidə haqqında ilk zəruri məlumatları verməklə yanaşı, aid olduğu dövrün və ərazinin mədəniyyəti, memarlığı, ideoloji və ictimai fikri, eyni zamanda dil xüsusiyyətləri haqqında dolğun təsəvvürlər yaradır.
Təqdim edilən tədqiqat əsərində Şuşa şəhərinin tarixinə və mədəniyyətinə məhz epiqrafik abidələr əsasında işıq salınıb. Doğrudur, Şuşa şəhərinin epiqrafik abidələri əvvəllər, müxtəlif illərdə azərbaycanlı epiqrafist alimlər tərəfindən araşdırılsa da, bir çoxu diqqətdən kənarda qalmış və yaxud geniş şəkildə tədqiqata cəlb edilməmişdir. Əvvəllər heç bir alim tərəfindən araşdırılmamış bir çox epiqrafik abidələrin ilk dəfə olaraq E.Mustafayev tərəfindən aşkarlanması və tədqiq edilməsi əsərin səciyyəvi xüsusiyyətlərindən biridir. Şuşa şəhərində salamat qalmış və yaxud dağıdılmış müxtəlif təyinatlı abidələrin üzərində ərəb, fars və Azərbaycan dillərində həkk olunmuş yazılar dəqiq oxunaraq, ana dilimizə tərcümə edilib.
Kitabda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-fars və türkdilli kitabələrdəki mətnlər tədqiqatçı tərəfindən düzgün şəkildə oxunaraq, orijinal dillərdə sadə qrafikaya çevirilib, eyni zamanda həmin yazılar ana dilimizə tərcümə edilib və digər ənənəvi tarixi mənbələrlə qarşılaşdırılaraq geniş şəkildə şərhlər verilib. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı prosesləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Oxuculara təqdim olunan kitab ümumilikdə Qarabağın, xüsusi ilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacaq. Aparılan tədqiqatın əsas nəticəsi, elmi-nəzəri və təcrübi əhəmiyyəti, eyni zamanda tədqiqatın materialları tarix, epiqrafika, filologiya, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminar zamanı istifadə edilə bilər. Bununla yanaşı, Şuşa şəhərinin maddi-mədəni irsi, epiqrafik abidələri ilə bağlı yetkin təsəvvür yaratmaq və XVIII-XIX əsrlərdə regionda, o cümlədən Şuşada cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrin öyrənilməsində kitabı münasib mənbə hesab etmək mümkündür.
İradə ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Moskvada Azərbaycan və Rusiya hökumətləri başçılarının müavinlərinin görüşü keçirilib ...
03 May
Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib
03 May
İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir...
03 May
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
03 May
Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sess...
03 May
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May
Şoyqu Ukraynanın itkiləri ilə bağlı AÇIQLAMA verdi
03 May
“Ukraynanın üzvlük məsələsi iyunda başlaya bilər” - Latviya prezidenti
03 May
Ayda su ehtiyatları tapılıb
03 May
Yüksək geomaqnit qasırğası müşahidə olunur
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!