15 İyul 2026 12:21
268
SİYASƏT
A- A+
Şuşadan səslənən mesajlar Azərbaycanın qlobal təsir imkanlarını bir daha nümayiş etdirdi.

Şuşadan səslənən mesajlar Azərbaycanın qlobal təsir imkanlarını bir daha nümayiş etdirdi.

 

 Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə əldə etdiyi uğurların, milli maraqlara əsaslanan xarici siyasət kursunun və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun aydın ifadəsi kimi yadda qaldı. Şuşadan dünyaya ünvanlanan mesajlar göstərdi ki, Azərbaycan bu gün qlobal proseslərə töhfə verən, təşəbbüsləri ilə seçilən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətlər sırasındadır.

 Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun mühüm göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, tanınmış jurnalistlərin və ekspertlərin Şuşada bir araya gəlməsi tarixi şəhərimizin beynəlxalq dialoq və fikir mübadiləsinin nüfuzlu ünvanına çevrildiyini bir daha təsdiqlədi. Vaxtilə işğalın ağır nəticələrini yaşayan Şuşanın bu gün belə mötəbər tədbirlərə ev sahibliyi etməsi tarixi Zəfərimizin və dövlətimizin gücünün ən parlaq təzahürlərindən biridir.

 Forum çərçivəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Xarici media nümayəndələrinin həmin ərazilərə səfəri, həyata keçirilən layihələrlə yaxından tanış olması Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatı baxımından mühüm məna kəsb edir. Müasir şəhərlərin və kəndlərin salınması, nəqliyyat və sosial infrastrukturun qurulması, tarixi-mədəni irsin bərpası və Böyük Qayıdış Proqramının uğurla icrası güclü dövlət idarəçiliyinin və strateji planlaşdırmanın real nəticəsidir.

 Dövlətimizin başçısının beynəlxalq nəqliyyat və logistika marşrutları ilə bağlı verdiyi mesajlar Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçılarından biri kimi ölkəmiz Avrasiyanın mühüm logistika mərkəzinə çevrilib. Son illərdə yaradılmış müasir infrastruktur, Xəzər hövzəsində formalaşdırılan nəqliyyat imkanları və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə rolunu daha da gücləndirir.

 Forum zamanı Türkiyə–Azərbaycan münasibətlərinə verilən yüksək qiymət də xüsusi diqqət çəkdi. Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksələn müttəfiqlik münasibətləri bu gün regionda sabitliyin, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın əsas dayaqlarından biridir. "Bir millət, iki dövlət" prinsipi ortaq tariximizin, ortaq iradəmizin və gələcəyə hesablanmış strateji baxışımızın ən uğurlu nümunəsidir.

 Prezident İlham Əliyevin Avropa ilə əməkdaşlıq, enerji təhlükəsizliyi, yeni ixrac istiqamətləri və yaşıl enerji layihələri barədə səsləndirdiyi fikirlər Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərdi. Təbii qaz ixracının genişlənməsi, bərpaolunan enerji sahəsində həyata keçirilən iri layihələr və enerji diplomatiyasının uğurlu nəticələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırır.

 Dövlətimizin başçısının ABŞ ilə münasibətlər, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini bir daha ortaya qoydu. Rəqəmsal texnologiyalar, innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirilən islahatlar ölkəmizin rəqabət qabiliyyətini gücləndirən əsas istiqamətlərdəndir.

 Forum çərçivəsində beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsiplərinə verilən önəm Azərbaycanın xarici siyasətinin dəyişməz xəttini bir daha təsdiqlədi. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir və bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən də getdikcə daha aydın qəbul olunur.

 Şuşadan səslənən bu strateji mesajlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir və qlobal əməkdaşlığa töhfə verən məsuliyyətli ölkə kimi beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Bu gün Azərbaycan sözünə etibar olunan, təşəbbüsləri ilə seçilən və gələcəyə inamla irəliləyən güclü dövlətdir.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

15:29
15 İyul

Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

15:21
15 İyul

Vəkillər Kollegiyası: Bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq olunub

15:14
15 İyul

Türk dövlətləri imtahan və qiymətləndirmə sahəsində əməkdaşlığı genişləndirirlər

15:06
15 İyul

Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb - operativ məlumat

14:17
15 İyul

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Slovakiya mediası Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb

14:14
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!