15 İyun 2025 09:10
608
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib

Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib


2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi. 2021-ci il iyunun 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa Bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi. Bu sənəd, təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu.

Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda türk dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi başda olmaqla bir çox strateji müqavilələrə istinad edərək yeni mərhələdə əməkdaşlığın konturlarını müəyyən etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, "Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir". 

Şuşa Bəyannaməsi ilə Bakı-Ankara ikitərəfli münasibətləri pik nöqtəsinə çatdı. İki qardaş ölkə regionun gələcəyi ilə bağlı baxışlarının eyni olduğunu təsdiqlədi.

Bəyannamədə siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar, media çoxşaxəli əməkdaşlıq istiqamətləri əks olunub. Bununla iki qardaş ölkə siyasət, iqtisadiyyat, müdafiə sahələrində imkanlarını və potensialını birləşdirmiş oldu. Sənəddə də qeyd olunduğu kimi, hərbi sahədə əməkdaşlıqda müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, bununla da silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutulur. Hətta "Türkiyə və Azərbaycan digər dost dövlətlərin orduları ilə hərbi təlimlərin təşkilinə dəstək verəcək" ifadəsi də sənəddə yer alıb. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə hərbi əlaqələrin coğrafiyasını genişləndirirərək, bu əməkdaşlığı bütövlükdə türk dünyasına təsir edəcək səviyyəyə qaldırıb. Əsas məsələ isə ondan ibarətdir ki, bu hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Şuşa Bəyannaməsi bu əməkdaşlığın heç bir halda aqressiv və destruktiv məqsəd daşımadığı mesajını verir. Amma burada bir həssas məqam var. Belə ki, Bəyannaməyə əsasən, tərəflərdən birinə qarşı hər hansı təhdid və ya hücum zamanı iki ölkənin birlikdə çevik və qətiyyətlə hərəkətə keçməsi nəzərdə tutulur.

Ölkələrimiz müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya mübadiləsinə xüsusi diqqət yetirir. İki ölkə arasında bu münasibət təkcə müharibə və ya təhlükə zamanı qurulmayıb. Sənəddə hər iki ölkənin təhlükəsizlik şuralarının heç bir təhdid olmasa belə, milli təhlükəsizliklə bağlı məsələlərə dair mütəmadi toplantılar keçirməsi, bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Tarixi Şuşa Bəyannaməsi həm də beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qardaş ölkələr həmçinin informasiya cəbhəsində təcrübə mübadiləsini artıraraq, diplomatik səyləri birləşdirməkdədir. Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlıq bütün parametrlər üzrə inkişaf etdirilir. Birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələr genişləndirilir, strateji məsələlər üzrə birgə qərarlar qəbul edilir. Təsadüfi deyil ki, Bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixdə ənənəvi olaraq konfranslar təşkil olunur. Elə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü də 2024-cü ilin iyununda məhz Şuşada baş tutmuşdu.

Ümumiyyətlə, bu əməkdaşlığın yeni mərhələsi kontekstində Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkənin iştirakını xüsusi qeyd etməliyik. Belə ki, Qarabağda aparılan bərpa-quruculuq işlərində türk şirkətləri fəal iştirak edirlər. Dövlət başçımızın da söylədiyi kimi, "Bu gün biz bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük". Təsadüfi deyil ki, azad olunmuş ərazilərdə inşa olunan 3 beynəlxalq hava limanının açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Bir sözlə, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib. Bu uğurlu əməkdaşlıq ikitərəfli münasibətləri dərinləşdirməklə yanaşı, bütövlükdə regionda və türk dünyası coğrafiyasında sabitlik və rifahı təmin etməkdədir.  

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!