14 Noyabr 2025 12:17
274
CƏMİYYƏT
A- A+
Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 


Vətənin bütövlüyü və azadlığı naminə həyatını qurban verən, müqəddəs torpaqlarımızı qanı ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid Astanlı İqbal İlqar oğludur. O, gənc yaşlarından Vətənə sədaqət, xalqına sevgi və torpağa bağlılıq hissi ilə böyüyüb. Hər zaman Vətənin müdafiəsinə hazır olan İqbal döyüş meydanında göstərdiyi rəşadəti və igidliyi ilə seçilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı o, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşub, torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq nümayiş etdirib. İqbal Astanlı son nəfəsinə qədər döyüş yoldaşlarına nümunə olub, qorxmazlığı və vətənpərvərliyi ilə yaddaşlarda dərin iz buraxıb.

1997-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olan İqbal uşaqlıq illərindən idmana, xüsusilə də güləşə böyük maraq göstərib. Kiçik yaşlarından məşqlərə başlayaraq daim səylə çalışıb və qısa müddətdə öz bacarığı, iradəsi və zəhməti sayəsində diqqət mərkəzinə olub. İdman karyerasında ardıcıl uğurlar qazanan İqbal bir çox yarışda fəxri yerlərə layiq görülüb. Buna görə də İqbalın hərbi bacarığının formalaşmasında onun idman keçmişi mühüm rol oynayıb.

Şəhidin atası İlqar Astanlı qürur və kədər dolu bir hisslə deyir ki, İqbal uşaqlıqdan çox çevik, dözümlü və iradəli uşaq olub. “Güləş onun həyatı idi. Gecə-gündüz məşq edərdi, yorulmaq nədir bilməzdi. Dəfələrlə rayon və respublika yarışlarında birinci yerə çıxmışdı. Evə hər dəfə boynunda medal, əlində diplomla gələndə gözlərim sevincdən yaşarırdı. Bilirdim ki, bu uşağın içində böyük güc, böyük Vətən sevgisi var. O, hər şeyə ciddi yanaşırdı. “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edirdi. Komandirləri tez-tez mənə deyirdilər ki, İqbal çox mərd, qorxmaz və intizamlı əsgərdir. Hər tapşırığı böyük məsuliyyətlə yerinə yetirirdi. Mən o sözləri eşidəndə həm sevinirdim, həm də içimdə bir narahatlıq olurdu. Müharibə başlayan ilk gündən döyüşlərə qatıldı. Xidmətini bitirib qayıtmasına cəmi üç ay qalmışdı... İdmanda qazandığı dözüm, güc və inam onu döyüş meydanında da qorxmaz etdi” , - deyə şəhid atası bildirir.

Suqovuşan istiqamətində gedən ağır döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçusu İqbal Astanlı sentyabrın 29-da baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Biləsuvar rayonunda böyük izdihamla qarşılanaraq, şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə İqbal Astanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!