Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb
Süni intellektdən elmi tədqiqatlarda istifadə maraqlı nəticələrə səbəb olur.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Piza Universitetinin əməkdaşları Vezuvi vulkanının püskürməsi zamanı zərər görmüş papirusları araşdırıblar. Süni intellekt və yüksək ayırdetməli fotonların köməyi ilə kömürləşmiş lövhələrdə mindən çox söz oxunub.
Əvvəllər adi mikroskopla bu papirusları oxumaq mümkün deyildi. Süni intellekt üçünsə kömürləşmə çox ciddi çətinlik yaratmır. Ən maraqlı nəticə qədim dövrün məşhur yunan filosofu Platonun (e.ə. 428 – e.ə. 348) akademiyası və qəbri barədə dəqiq məlumatın əldə edilməsi olub.
Papiruslardan birində göstərilir ki, böyük filosof “Akademiya bağında” xüsusi ayrılmış yerdə dəfn olunub. Məzar Muzalar məbədinin yanında yerləşir.
Platonun eradan əvvəl 387-ci ildə təşkil etdiyi Akademiya qədim Yunanıstanın beyin mərkəzi hesab edilirdi. Bu məktəb Elladada çox sayda filosofun, astronomun, siyasətçinin yetişdirilməsinə kömək edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13 May
Azərbaycanda 21 milyard manatdan çox sənaye məhsulu istehsal edilib
13 May
ANAMA: Ötən həftə 358 partlamamış hərbi sursat zərərsizləşdirilib
13 May
Ümumdünya Səhiyyə Təşkilatının eksperti Azərbaycan tibb işçilərinə İİV/QİÇS epidemiyasının dayandırı...
13 May
PISA üzrə II ICESCO Nazirlər Konfransı işini davam etdirir
13 May
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin baş qərargahında olublar
13 May
Donuz böyrəyi köçürülən ABŞ vətəndaşı iki ay sonra vəfat edib
13 May
“Qadınlar və yollar. Özünə gedən yol” layihəsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilib ...
13 May
Donald Kuper: Təbii fəlakətlərin sayı yüksələn xətlə artır
13 May
Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verənlər barəsində 14 ...
13 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!