17 Yanvar 2026 08:27
575
SİYASƏT
A- A+
Sülh yolunda həlledici mərhələ

Sülh yolunda həlledici mərhələ


Uzun illər ərzində münaqişə bölgəsi kimi tanınan Cənubi Qafqaz ölkəmizin formalaşdırdığı yeni geosiyasi reallıqlar sayəsində hazırda sülh və əməkdaşlıq ünvanı kimi beynəlxalq səviyyədə diqqət mərkəzindədir. 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Bakının sülh gündəliyinə başlaması və onun irəliyə aparılması üçün praktik müstəvidə atdığı addımlar bölgənin iqtisadi-ticari inkişafı, ümumiyyətlə, regional əməkdaşlıq  üçün əhəmiyyətli imkanlar açıb.

Faktiki olaraq hazırda bölgədə sülh təmin edilib və bu məsələnin de-yure də həllini tapması üçün münbit şərait yetişib. 


Tarixi məqam


Ancaq bu tarixi məqamda İrəvanın hansı siyasi strateji xətti götürəcəyi məsələnin taleyində həlledici rol oynayacaq. Qarşıda bu ölkədə parlament seçkilərinin keçiriləcəyi gözlənilir və nəticələrdən asılı olmayaraq, İrəvan sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirməlidir. Eyni zamanda parlament seçkilərindən sonra gündəmə gələ biləcək referendum bu mənada vacib əhəmiyyət daşıyır. Bu ölkə ümumxalq səsverməsi ilə konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddialarını ləğv etməlidir. Proseslərin bunun əksi yönündə inkişaf edəcəyi təqdirdə sülh müqaviləsinin imzalanması mümkün olmayacaqdır. 

Reallıqdır ki, qarşı tərəfin sərgilədiyi qeyri-konstruktiv davranışlar 2024-cü ilə qədər sülh prosesi ilə bağlı demək olar ki, heç bir irəliləyişin əldə olunmamasına gətirib çıxarmışdı. Lakin yenə də Bakının qəti səyləri sayəsində Azərbaycanla Ermənistan arasında normallaşma ilə əlaqədar ötən ilin əvvəlindən etibarən müsbət istiqamətdə müəyyən hadisələr cərəyan etməyə başladı. Birincisi, vasitəçilərə ehtiyac görmədən iki ölkə dialoqlara başladı ki, bu, ən vacib məsələlərdən biri idi. İkitərəfli dialoqlar sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını və bir çox real nəticələri ortaya qoydu. Ardınca Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi başladı. Keçən ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü isə sülh prosesində mühüm əhəmiyyətə malik oldu. Beynəlxalq birlik tərəfindən sülh prosesində vacib məqam kimi qiymətləndirilən Əbu-Dabi görüşü bir növ sülh prosesində dönüş adlandırılacaq tarixi 8 avqust Vaşinqton Zirvəsinə zəmin yaratdı. Ötən il Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması bölgəyə de-fakto sülh gətirdi. 

Vaşinqton zirvəsinin nəticələrindən biri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ölkələrimiz arasında  münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzalamaları oldu. Ötən il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. 


Konstruktiv addımlar


Eyni zamanda bölgənin ticari-iqtisadi inkişafı birbaşa kommunikasiyaların açılmasından keçir ki, bu mənada sözügedən tarixdə Ağ Evdə Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı razılaşma əldə edilməsi mühüm əhəmiyyətə malik oldu. 

Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev söylədi ki, Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir: "Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur".

Bu kontekstdə Azərbaycanın sülh prosesi çərçivəsində atdığı konstruktiv addımlar həm də kommunikasiya əlaqələrinə əlavə töhfələr kimi dəyərləndirilməlidir. Ötən il Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması da buna nümunədir. Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixracı edilib. Eyni zamanda dekabrın 19-dan  Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb.

Həmçinin etimad quruculuğu sahəsində irəliləyişlər olub. Belə ki, iki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələri İrəvan və Bakıya qarşılıqlı səfərlər ediblər ki, bu, cəmiyyətlərin sülhə hazırlanması üçün vacib prosesdir.

Bu günlər təqsirləndirilən 4 erməniəsilli şəxsin İrəvana təhvil verilməsinin özü də Bakının sülh təşəbbüslərinin real müstəvidə təsdiqini tapmasını göstərən nümunələrdən biridir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına dair mətbuat buraxılışında da vurğulanır ki, ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalına son qoyan Azərbaycan davamlı və qətiyyətli səyləri ilə ötən il Ermənistan ilə de-fakto sülhü beynəlxalq hüquqa uyğun və ədalətli şəkildə təsis edib. Azərbaycanın öz ərazisi üzərində suveren nəzarəti bərpa etməsi reallığı və bunun hər hansı yenidən təftiş mövzusu olmayacağı Ermənistan və bütünlüklə beynəlxalq birlik tərəfindən açıq və birmənalı şəkildə qəbul edilib.

O da qeyd edilir ki, Azərbaycan tərəfi əldə edilmiş bütün razılıqların və götürülmüş bütün öhdəliklərin tam və vaxtında icrasının təmin edilməsini vacib hesab edir: "...Bu kontekstdə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması və ratifikasiyasını təmin etmək üçün Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması və TRIPP layihəsi ilə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan MR arasında maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı öhdəliklərin tam icrası xüsusi əhəmiyyət kəsb edir". 

Bütün bu nümunələrdən də göründüyü kimi, Bakının öndərliyi ilə regionda real zəmində sülh mühiti formalaşdırılıb. Sadəcə bunu hüquqi çərçivəyə salmaq, sülh müqaviləsini imzalamaq lazımdır. Yəni  Prezident İlham Əliyevin təbirincə desək, top artıq Ermənistan tərəfdədir və sülh müqaviləsinin imzalanması İrəvanın qarşıda sərgiləyəcəyi siyasi strategiyadan birbaşa asılıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!