31 Yanvar 2026 08:05
1110
SİYASƏT
A- A+
Sülh Şurasının təsisçi üzvü kimi Azərbaycanın qlobal rolu daha da artacaq

Sülh Şurasının təsisçi üzvü kimi Azərbaycanın qlobal rolu daha da artacaq


Azərbaycan tarixi qələbə qazanmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, regionda yeni geosiyasi reallıq yaradaraq, sülhün təməlini qoyub. Ölkəmiz qələbədən sonrakı illər ərzində tarixi Zəfərimizin reallıqlarının beynəlxalq səviyyədə təqdimatı və qəbul etdirilməsi istiqamətində səylər göstərərək, buna nail olub.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, ötən il  avqustun 8-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri bütün məqamlara işıq salıb. Dövlət başçısının Vaşinqtona səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda beynəlxalq informasiya müstəvisində ölkəmizin mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirildi. 

Regionda artıq geri dönməz xarakter daşıyan sülh gündəliyinin müəllifinin Prezident İlham Əliyev olduğunu vurğulayan deputat deyib ki, Azərbaycan yalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçün sistemli, qətiyyətli və konkret addımlar atır: "Azərbaycan regional və beynəlxalq münasibətlərdə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən ölkə kimi mövqeyini daha da gücləndirir. Münaqişələrin beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllini müdafiə edən Azərbaycan dialoq, diplomatiya və qarşılıqlı etimadın qurulmasını vacib hesab edir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər sülh gündəminin əsas elementləridir. Prezident İlham Əliyevin sülh təşəbbüsləri region üçün həm siyasi, həm də iqtisadi dividendlər qazandırmaqla, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın yaranmasına xidmət edir".

Deputat deyib ki, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın qlobal təhlükəsizliyinin möhkəmləndirilməsi, münaqişələrin dinc yolla həlli və xalqlar arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirir. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə, sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə töhfə verəcəkdir.

V.Rəhimzadə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın da təsisçi üzvlər sırasında olduğu "Sülh Şurası Nizamnaməsi"nin imzalanma mərasiminin keçirildiyini xatırladaraq deyib ki, Şuranın əsas məqsədləri arasında münaqişələrdə davamlı barışığın təşviqi, sülhün dəstəklənməsi, beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi yer alır. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi qatılması dövlətimizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, qlobal siyasətdəki rolunu daha da artıracaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!