16 Aprel 2026 16:12
157
DÜNYA
A- A+
Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran


Münaqişənin başlamasından üç il sonra Sudan böyüməyə davam edən dərin iqtisadi və humanitar böhran yaşayır. BMT-nin hesablamalarına görə, ölkə təkcə 2023-cü ildə təxminən 6,4 milyard dollar ÜDM itirib və milyonlarla insan həddindən artıq yoxsulluğa düşüb. Döyüşlər davam edərsə, 50 milyon insan yoxsulluqla üzləşəcək.

Hazırda ölkə əsas infrastruktura çıxışın kəskin şəkildə pisləşməsi ilə müşayiət olunan tənəzzül yaşayır. Gəlirlər 1990-cı illərin əvvəllərində müşahidə olunan səviyyələrə düşüb və səhiyyə, təhsil və digər həyati əhəmiyyətli xidmətlərə çıxış son dərəcə məhdud olaraq qalır. Bu şəraitdə əhalinin humanitar ehtiyacları sürətlə artmaqda davam edir.

"Ehtiyaclar hazırda cavabvermə qabiliyyətimizi üstələyir və bu boşluq həyatla ölçülür", - deyə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Poup bildirib. Onun sözlərinə görə, yardımın çatdırılmasının gecikdirilməsi hər gün ailələrin qida, su və lazımi müdafiəsiz qalması deməkdir. Daha çox insanın həyatı təhlükəyə atılmadan əvvəl insanlara kömək etmək üçün təcili beynəlxalq dəstəyə ehtiyac var.

Sudanda ən böyük köçkünlük böhranı da davam edir. Milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, onların çoxu qonşu ölkələrə gedir. Çad ən çox sayda sudanlı qaçqını - təxminən 1,3 milyon nəfəri  qəbul edib. Bu, ölkənin onsuz da məhdud resurslarına təzyiqi xeyli artırıb. Sərhəd bölgələrindəki düşərgələr həddindən artıq sıxdır və qida və tibbi personalın ciddi çatışmazlığı var.

Vəziyyət Yaxın Şərqdəki gərginliyin nəticələri ilə daha da mürəkkəbləşir: regional təchizat zəncirlərindəki fasilələr və nəqliyyat marşrutlarındakı məhdudiyyətlər humanitar yardımın çatdırılmasında gecikmələrə və onun xərclərinin artmasına səbəb olur.

Münaqişənin nəticələri qadınların və uşaqların həyatına daha çox  təsir edir. “BMT – Qadınlar” strukturunun  85 qadın təşkilatı arasında apardığı sorğuya cavab verənlərin üçdə ikisi 2025-ci ildə cinsi zorakılığın əhəmiyyətli dərəcədə artdığını bildirib. "Qadınlar və qızlar öz evlərində, eləcə də qaçıb xilas olmağa və ya qida, su və tibbi yardım almağa çalışarkən təcavüzə məruz qalır və öldürülürlər. Cinsi zorakılıq Sudanda müharibə strategiyasının ayrılmaz hissəsinə çevrilib", - deyə “BMT - Qadınlar” təşkilatının Şərqi və Cənubi Afrika üzrə regional direktoru Anna Mutavati bildirib.

Buna baxmayaraq, qadın təşkilatları yardım göstərməkdə əsas rol oynamağa davam edir. Onlar ailələri qida ilə təmin edir, qurbanlara tibbi və psixososial dəstək verir və yerli münaqişələrdə vasitəçi kimi çıxış edərək əvvəllər beynəlxalq təşkilatlar üçün əlçatmaz olan ərazilərə humanitar yardımın göstərilməsini asanlaşdırırlar.

Uşaqlar da münaqişənin ağır yükünü daşımağa davam edirlər. UNICEF-in məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri münaqişədə ən azı 160 uşaq həlak olub. Bundan əlavə, qida çatışmazlığı 2026-cı ildə təxminən 4,2 milyon uşağın kəskin qidalanma çatışmazlığından əziyyət çəkməsinə səbəb ola bilər. Aclıq artıq bir neçə ərazidə qeydə alınıb və daha da yayılma riski yüksək olaraq qalır.

Eyni zamanda, təhsil sistemi çökür: ölkə məktəblərinin üçdə birindən çoxu bağlanıb, bəziləri sığınacaq kimi istifadə olunur və ya münaqişə tərəfləri tərəfindən işğal edilir. Nəticədə, ən azı 8 milyon uşaq məktəbə getmək imkanından məhrumdur.

BMT vurğulayır ki, münaqişəyə son qoymaq vəziyyətin sabitləşdirilməsi üçün əsas amil olaraq qalır. Lakin, sülh əldə olunsa belə, ölkənin yenidən qurulması onilliklər və genişmiqyaslı beynəlxalq dəstək tələb edəcək. Buna görə də Sudan xalqına yardım göstərmək üçün əlaqələndirilmiş səylərə indi təcili ehtiyac var.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliyada yanacaqla bağlı ciddi qıtlıq gözlənilmir

16:19
16 Aprel

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!