28 Dekabr 2024 09:05
2966
Oxucu məktubları
A- A+
Su və kanalizasiya problemimiz həll olunmamış qalır

Su və kanalizasiya problemimiz həll olunmamış qalır


Hörmətli redaksiya! 

Biz  - Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Mil küçəsinin sakinləri artıq 24-25 ildir burada yaşayırıq. Qaz, elektrik, telefon-internet xətləri dövlət standartlarına uyğun şəkildə çəkilib. Ancaq su və kanalizasiya sarıdan problemlərimiz hələ də qalır.  Öz hesabımıza çəkilən su xətti standartlara uyğun olmadığından tez-tez bizə ciddi problemlər yaradır.  76 mm-lik  köhnə boru ilə çəkilmiş xətt mütəmadi sıradan çıxır, evlərimizin zirzəmisinə axır, üstəlik, bu zaman evlərə su gəlmədiyindən susuz qalırıq. 

3 il öncə çoxsaylı müraciətlərdən sonra Binəqədi Rayon Su-Kanal İdarəsi tərəfindən tamam yararsız olan su xəttinin 80 metri plastik boru ilə əvəzləndi. Ancaq problem təəssüf ki, yenə də qalır. Xüsusən yay gələn kimi köhnə su boruları partlayır. Qaydalı şəkildə çəkilmədiyindən bir küçədən iki su, iki kanalizasiya xətti keçir. 

Problemlərimizdən biri də kanalizasiya xəttinin dözülməz olmasıdır. Hazırda bizim və qonşu küçənin qovşağındakı kanalizasiya xəttinin 25-30 metr hissəsi asfaltlanıb. Ancaq həmin hissə təmir olunmadığından vəziyyət acınacaqlıdır: kanalizasiya xətti tez-tez daşır, ətrafı üfunət bürüyür, çirkli su həyətlərə dolur, xüsusən yayın istisində nəfəs almaq mümkün olmur. İdarənin rəhbərliyi hər il üçün köhnəlmiş su xətlərinin heç olmasa bir hissəsinin plastik boru ilə əvəzlənəcəyinə söz versə də, hələ xəbər yoxdur. 

Su və kanalizasiya xətləri bərbad vəziyyətdə olduğuna görə küçəmizin  asfaltlanmasını da istəmirik. Ona görə ki, qayğılarımız daha da artacaq, köhnə xətlər asfaltın altında qaldığından bərpası  mümkün olmayacaq. 

Su və kanalizasiya xətlərinin bu vəziyyəti ekoloji cəhətdən də ciddi fəsadlar yaradır, təsəvvürəgəlməz dərəcədə su israfına səbəb olur.  

Problemimizin aradan qaldırılmasında bizə kömək göstərməyinizi, səsimizi əlaqədar təşkilatlara çatdırmağınızı xahiş edirik. 


Mil küçəsinin sakinləri:

E.İmaməliyev, C.Sadıqov, H.İbrahimov, R.Xəlilov, O.Səmədov, T.Abdulhəmidov, R.Kərimov, R.İsmayılov, L.Eyvazov, N.Eyvazov, A.Orucov, H.Nuriyev, C.Kərimov, P.Tağıyev, F.İsmayılov, V.Azayev, Q.Qəniyev, X.Əzizov, C.Orucov, Ş.Sabirov və başqaları.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!