09 Mart 2026 22:48
929
DÜNYA
A- A+
Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  


İranın qardaş ölkələrimizi hədəf alan hücumlarını dəstəkləmədiyimizi və bunun nəticə verməyəcəyini açıq şəkildə bildirdik.

AZƏRTAC-ın xəbər verdiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ankarada keçirilən iftar proqramında bildirib.

Dövlət başçısı qeyd edib ki, İranla bağlı münaqişə nə qədər uzanarsa, bölgədə vəziyyət bir o qədər pisləşəcək. “Regionda gərginlik gedərək artır. Bu günə qədər ancaq İranda uşaqlar da daxil olmaqla, təxminən 1500 insan həyatını itirib. Qarşılıqlı zərbələr böhranın iqtisadi yükünü artırır. Yeni “macəraların” bədəlini bütün regionumuz, hətta Avropa və Asiya da daxil olmaqla, bütün dünya ödəyəcək", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə İrana məxsus ballistik raketlərin vurulmasından sonra Tehrana çox aydın şəkildə xəbərdarlıq edib.

“Gərginliyi azaltmaq üçün diplomatiyaya üstünlük verməliyik. Gələcəyimizi təhdid edən hər bir problemə “şərəfli həll yolu” tapıla biləcəyinə inanırıq. Müharibə daha da yayılmadan mümkün qədər tez bitməlidir. Biz bölgədə sülh və rifah atmosferini yenidən yaratmaq əzmindəyik. Əlbəttə ki, bu yolda hər kəsin, xüsusən də bölgə ölkələrinin konstruktiv rolu vacibdir”, - deyə ölkə başçısı ifadə edib.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib. Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.

İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də də baş verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

10:34
30 Aprel

Azərbaycan nefti 122 dollara satılıb 

10:05
30 Aprel

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:01
30 Aprel

Dünya birjalarında neft kəskin bahalaşıb

09:53
30 Aprel

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

09:43
30 Aprel

Pakistan İrana malların daşınmasını asanlaşdırmaq üçün bir neçə quru yol açıb  

09:31
30 Aprel

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Xəzərdə zəlzələ olub

09:23
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Trampın açıqlamasından sonra neft qiymətləri 4 ilin tarixi maksimumunu yeniləyib

09:18
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

“Pentaqon” Ukraynaya ayrılan 400 milyon dollarlıq yardım üçün vəsaiti bərpa edib  

09:13
30 Aprel

Çempionlar Liqası: “Atletiko Madrid” - “Arsenal” oyununda qalib müəyyənləşməyib

09:10
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!