11 Fevral 2025 15:34
570
İQTİSADİYYAT
A- A+
Samur–Abşeron kanalı üzərində yeni körpünün tikintisi davam edir FOTO

Samur–Abşeron kanalı üzərində yeni körpünün tikintisi davam edir FOTO


Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir.  

Agentliyin yaydığı məlumatda bildirilir ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.  

Aparılan işlər çərçivəsində Saray qəsəbəsi tərəfdən kənar (A1) və iki orta dayaqların (P1,P2) tikintisi üzrə işlər tam olaraq yekunlaşıb (svaylar, təməllər, sütunlar, sütunlar üzərində riqellər). Həmçinin körpünün birinci aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb (16 ədəd, uzunluq 33 metrə hər biri), üzərində armatur karkası toxunaraq betonlanıb. Hal-hazırda körpünün orta aşırımı üzrə tirlərin quraşdırılması prosesi gedir (16 ədəd, uzunluq 28 metrə hər biri) və paralel olaraq Sumqayıt şəhəri tərəfdə kənar dayağın (P2) armaturlanması və betonlanma işləri aparılır.

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1,5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.  

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. 

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.


R.BAXŞƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!