12 İyul 2024 23:24
8844
PARLAMENT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib

Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində  Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib. 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 
Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.
Seçkilərin monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı, o cümlədən 22 parlamenti və 12 parlamentlərarası təşkilatı təmsil edən 790 beynəlxalq müşahidəçinin iştirak etdiyini xatırladan Milli Məclisin sədri seçkilərlə bağlı əsas məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək inkişafına səs verib. Qeyd olunub ki, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Çıxışında Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən onun Bakı filialının seçkilərin müşahidəsi prosesində fəaliyyəti və verdiyi töhfə də xüsusi diqqətə layiqdir.
Spiker Sahibə Qafarova çıxışında seçki proseslərinin monitorinqi sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat verib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır  

23:25
19 İyul

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır  

21:32
19 İyul

Azərbaycan Prezidenti: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir  

21:31
19 İyul

Prezident: Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var  

21:30
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir  

21:29
19 İyul

Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik

21:28
19 İyul

YAP nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlamentini ziyarət edib

21:24
19 İyul

Azərbaycan Prezidenti: Mən süni intellektdən istifadə etmirəm

21:22
19 İyul

Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik  

21:21
19 İyul

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq  

21:21
19 İyul

Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb  

21:20
19 İyul

Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib  

21:14
19 İyul

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadanı 3 medalla başa vurub  

21:07
19 İyul

Prezident İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq

21:05
19 İyul

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb  

21:03
19 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB

21:03
19 İyul

Prezident İlham Əliyev: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır  

20:03
19 İyul

Azərbaycan Prezidenti: Biz indi beynəlxalq səhnədə daha fəalıq

19:51
19 İyul

Xanyurdu sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu  

19:51
19 İyul

Prezident: İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var  

19:39
19 İyul

Prezident İlham Əliyev: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır  

19:23
19 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!