08 Dekabr 2025 20:29
1936
PARLAMENT
A- A+
Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  


Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iqlim dəyişmələrinə enerji istehsalının, nəqliyyatın, sənayenin, kənd təsərrüfatının və digər amillərin təsirindən bəhs edib. Bu problemin təsirini azaltmaq üçün süni intellektin güclü bir vasitə olduğunu qeyd edib, süni intellektin iqlim dəyişikliyinə təsirinin araşdırılmasından, onun tətbiqinin üstünlüklərindən və perspektivlərindən söhbət açıb.

Komitə sədri ölkəmizdə süni intellektin inkişafının dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu söyləyib. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın tətbiqinin önəmindən danışıb. Ölkə Prezidentinin elmin, innovasiyaların, yüksək texnologiyaların, o cümlədən süni intellektin Azərbaycanın gələcək modernizasiyasında aparıcı mövqeyini hər zaman qeyd etdiyini vurğulayıb. O, süni intellekt strategiyasının Azərbaycanda bu sahədə tədqiqatların aparılması, informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, infrastrukturun əlçatanlığının təmin edilməsi, habelə ixtisaslı kadr potensialının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Digər çıxışçılar süni intellekt texnologiyalarının son illərdə sürətlə inkişaf etdiyini və iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük potensiala malik olduğunu bildiriblər. Süni intellekt vasitəsilə iqlim dəyişikliklərinin təsirlərinin qabaqcadan təhlili, təbii fəlakət risklərinin azaldılması və ekosistemlərin qorunması sahələrində yeniliklərin əldə edilməsindən söhbət açılıb. Ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin mühüm töhfələr verdiyi qeyd olunub. Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə enerji səmərəliliyinin artırılması, proqnozlaşdırma, dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə əsas alətə çevrildiyi vurğulanıb. Həmçinin süni intellektin sənayelərin transformasiyasına və iqlim tədbirlərinin həyata keçirilməsinə verdiyi töhfələr qeyd edilib. Bu texnologiyaların enerji və su səmərəliliyinin artırılmasında, hava şəraitinin proqnozlaşdırılmasında və çirklənmənin azaldılmasında oynadığı roldan danışılıb.

Müzakirələrdə süni intellektin tətbiqi sahəsində dünya təcrübəsindən bəhs edilib, ölkəmizdə Süni İntellekt Akademiyasının yaradılmasının vacibliyi qeyd olunub, süni intellekt sahəsində data və infrastrukturun formalaşdırılması, insan amilinin təsiri, məlumatların idarə edilməsi, infrastrukturun təkmilləşdirilməsi, süni intellekt modellərinin tətbiqi sayəsində əldə ediləcək nəticələr barədə fikirlər açıqlanıb.

Çıxışlarda, habelə Süni intellekt Strategiyasının əhəmiyyəti vurğulanıb. Strategiya çərçivəsində maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin aparılmasının rolundan danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!