31 Yanvar 2026 09:10
1923
İQTİSADİYYAT
A- A+
Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir


Ölkəmizdə aqrar sektora verilən dövlət dəstəyi sayəsində kənd təsərrüfatı məhsullarının bolluğu yaranır, ixrac imkanları artır. Bununla yanaşı, kəndlinin məşğulluğu təmin olunur və gəlirləri çoxalır. 

Şabranda da aqrar sahənin inkişaf tempi davam edir. Keçən il rayon üzrə 14670,3 hektar taxıl sahəsindən 42707,1 ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 29,1, o cümlədən buğda üzrə 29,7, arpa üzrə 28,4 sentner olmuşdur. 

Şabranda ümumi əkinlərin 18,9 faizi çoxillikdir. Ötən il 127 hektar sahədə yeni bağlar salınmışdır. Bunun 118,6 hektarı intensiv, 4,8 hektarı superintensiv, 3,6 hektarı ənənəvi üsulla salınmış bağlardır. İntensiv və superintensiv meyvə bağlarının sahəsi cəmi meyvə bağlarının 41 faizini təşkil etmişdir. İntensiv bağların sahəsinin artması hesabına meyvə bağlarının məhsuldarlığı da yüksəlmişdir.

Rayon üzrə çoxillik bitkilərin əkin sahəsi 4107 hektardır. Bu bağlarda alma, armud,  heyva, şaftalı, ərik, gilas, albalı və digər meyvələr yetişdirilir. Şabranda badam, fındıq, nar və xurma kimi meyvələr  məhsuldarlığı ilə seçilir. Bu meyvələrin bəziləri son bir neçə ildə salınan bağların məhsullarıdır. 

Şabranlılar yetişdirdikləri məhsulları ziyanvericilərdən və xəstəliklərdən ciddi qoruyurlar. 2025-ci ildə 3692,5 hektar meyvə bağında müşahidələr aparılmışdır. 476,2 hektarda əsas zərərvericilər, 15,5 hektarda qəhvəyi mərmər bağacığı, 8,3 hektarda isə sirayətlənmə müşahidə olunmuş və onlara qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmişdir.

Heyvandarlıq sahəsindəki vəziyyətə gəldikdə, rayon üzrə 23,9 min baş qaramal, 50 min baş qoyun və keçi qeydə alınıb. Şabranda maldarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın yüksəldilməsi əsas istiqamət kimi  götürülüb. Ötən il 504 baş qaramalda süni mayalanma aparılmışdır ki, bu da əvvəlki ilə  nisbətən 160 baş artım deməkdir.  

Rayon ərazisində yerləşən istixanaların, gübrə satış məntəqələrinin, tingçiliklə məşğul olan fermerlərin siyahısı dəqiqləşdirilmişdir. Bu yerdə qeyd edək ki, Şabranda mövcud olan 12 istixanadan yalnız 7-si fəaliyyət göstərir. Bundan əlavə, rayon ərazisində 3 soyuducu anbar var. Bu,  fermerlərin bağlardan topladıqları məhsulların uzun müddət saxlanılmasına bəs edir.

Ötən il kənd təsərrüfatına göstərilən dövlət dəstəyi tədbirləri davam etmişdir. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2690  istehsalçıya 10275,6 hektar əkin sahəsinin becərilməsi üçün təxminən 2,4 milyon manat subsidiya ödənilmişdir.

Bütün bu və digər səbəblər hər bir şabranlının güzəranına, ailəsinin dolanışığına təsir edən amillərdir. Bu gün Şabran kəndlisi torpağı çörək təknəsinə çevirib. Dövlətinə arxalanan kəndli əkin-biçindən əlini soyutmur, çətinliyə düşəndə ona güvənir. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları dövlətdən aldığı subsidiyalar və lizinqlərlə təsərrüfatlarını inkişaf etdirir, qazanclarını artırırlar. Bu isə kəndlinin büdcəsi deməkdir. Necə deyərlər, torpaq çəkilən zəhməti birə beş qaytarır. 

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!