13 May 2026 14:28
157
CƏMİYYƏT
A- A+
Sabah WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq

Sabah WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə sabahdan etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Mərkəz mayın 14–16-da saat 09:00–18:00, mayın 17–21-də saat 07:00–18:00, mayın 22-də isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək.

WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar mayın 14–22-sində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib, akkreditasiya kartlarını əldə edə biləcəklər.

Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix mayın 15-i saat 18:00-dır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

15:22
13 May

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər  

15:22
13 May

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

15:21
13 May

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

15:20
13 May

“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi  

15:19
13 May

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanış olublar  

14:58
13 May

Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb

14:33
13 May

Sahib Ələkbərov: "Bakı-Xankəndi" velosiped yarışının iştirakçıları Azərbaycanın təbiətini çox bəyəniblər

14:32
13 May

Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunub

14:32
13 May

Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında

14:31
13 May

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:29
13 May

Sabah WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq

14:28
13 May

Slovakiya Milli Şurasının sədri: Slovakiya Azərbaycanın Avropada etibarlı tərəfdaşıdır

14:28
13 May

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

14:27
13 May

Rixard Raşi: Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur  

14:26
13 May

Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib

14:25
13 May

Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib

14:21
13 May

Ali Məclisin növbəti plenar iclasında 2 məsələ müzakirəyə çıxarılıb

14:13
13 May

Sahibə Qafarova: Slovakiya parlamenti ilə imzalanan memorandum əməkdaşlığı genişləndirəcək  

14:12
13 May

Qurbanlıq heyvanların satışı və kəsimi ilə bağlı ünvanların siyahısı açıqlanıb

14:11
13 May

Milli Məclisin sədri: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

14:10
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!