Rusiyadakı erməni təbliğatçılarının iflası
Onlar özlərini diri-diri dəfn edirlər
Rusiyada qəfildən diksinərək ayılıblar ki, sən demə, ölkənin aparıcı təbliğatçı jurnalistlərinin az qala 90 faizi ermənilərmiş. Rus jurnalistlər bir-birilərinə sual verirlər ki, onların erməniəsilli həmkarlarının at belinə çıxması təsadüfdür, yoxsa düşünülmüş plan? Bu sualın cavabını hələlik bilən yoxdur.
Erməniəsilli Rusiya jurnalistlərinin uzun siyahısına məşhur təbliğatçı Marqarita Simonyan başçılıq edir. Onun arxasınca əri Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan və başqaları sıralanıb. Nə qədər acınacaqlı da olsa, reallıq belədir ki, adlarını sadaladığımız və sadalamadığımız erməni təbliğatçıları böyük rus mədəniyyətinin "təəssübkeş"ləri kimi, kimin üstünə desən diş qıcayırlar, təki pullu sifariş olsun. Çünki Puşkin demiş: "Sən qorxaqsan, sən qulsan, sən ermənisən!"
Rusiya və hətta dünyada Marqarita Simonyanı əxlaqsızlığına və haqsızlığına görə tanımayan yoxdur. O, vaxtaşırı öz teleqram kanalında Qarabağa əl uzatmaqdan çəkinmir, Rusiya ilə Azərbaycan arasında münasibətləri qızışdırmaq üçün əldən-ayaqdan gedir. Jurnalistdən daha çox əsl faşist kimi hərəkət edən Simonyanın Rusiya təəssübkeşi olması onun yalnız makiyajlı üzüdür, astarı tam əksinədir. Daha doğrusu, astarı puldur, o, nə ermənipərəstdir, nə də rusiyapərəst.
Nikol Paşinyanın xarici siyasət üzrə eks məsləhətçisi Arsen Xaratyan deyir ki, Ermənistanda Simonyana münasibət kifayət qədər mənfidir: "Vaxtilə o, ermənilərin 2018-ci il inqilabına qarşı çox sərt ifadələr işlədən nadan idi. Onun erməni familiyasından başqa bizimlə ümumi heç nəyi yoxdur. Bu adam heç vaxt Ermənistanda yaşamayıb və bizi başa düşmək iqtidarında deyil. Ermənistan onu Kremlin təbliğatçısı kimi qəbul edir. Elə bu baxımdan, Simonyanın son sayıqlamaları qətiyyən bütün ermənilərin mövqeyini əks etdirmir". Başqa bir erməni siyasətçi Puben Meqrabyan isə Simonyanın əməllərini insanlığa qarşı cinayətlərdə iştirak etməyə bərabər sayır: "Onun yalnız etnik mənşəyi ermənidir, amma reallıqda bu insanın Ermənistanla bağlı heç nəyi yoxdur. Marqarita Ermənistana zərrəcə hörmət belə etmir". Yazıçı-ssenarist Bəhram Martirosyan da Marqaşaya münasibətdə sərtdir. "Simonyan sadəcə rus yox, imperiya təbliğatçısıdır. Bu isə keçmiş sovet respublikası üçün çox vacib məqamdır. Sakit oturun, Rusiya özü sizin yerinizə bütün məsələləri həll edəcək. Bu da ciddi hay-küyə səbəb olan əsl imperiya jestidir. Lakin Simonyan və digər erməni təbliğatçıları öz statuslarında yanılırlar... Ermənilər özlərini nə qədər yüksək ranqlı təbliğatçılar saysalar da, mahiyyət etibarı ilə Kremlin küllüklərində eşələnən, xüsusi hörməti olmayan xidmətçi statusundan yuxarıda deyillər. Bu rol nə qədər təhqiramiz olsa da, ermənilər can-başla ona hazırdırlar... Mən Simonyana və başqalarına haqq qazandırmıram. Onlar üstünlüklərə malikdir və bu mövqelərini qorumaq üçün dəridən-qabıqdan çıxırlar. Buna görə də bir qayda olaraq çoxluğun tərəfində çıxış edirlər. İndiki çətin vəziyyətdə onlar yalnız qazandıqlarını qorumağa çalışırlar. Onlar üçün Ermənistanın olub-olmayacağı maraqlı deyil, əsas məsələ üzdə qalmaq, belə mürəkkəb dövrdə batmamaqdır. Bu artıq erməni milli məsələsi yox, sadəcə əldə olunanları qorumağa xidmət edən maraq məsələsidir".
Bir sözlə, Rusiyadakı etnik erməni təbliğatçıları yalnız öz maraqlarına xidmət edirlər. Onlar üçün müqəddəs nə vətəndir, nə də ideya. Əgər sabah Rusiyada, yaxud Ermənistanda hakimiyyət dəyişərsə, onlar yeni rejimin qulluğunda dayanacaqlar, təbii ki, pullarını versələr. Bu gün Rusiyada lövbər salmış erməni təbliğatçılarının ruslardan daha çox rus olmaq cəhdləri sadəcə hiylədir, özü də ödənişli. Ona görə də artıq Ermənistanda Moskvadakı erməni lobbisi haqqında neqativ fikirlər artmaqdadır, hamı onları Ermənistan dövlətinin düşməni kimi qəbul edir. Erməni xaqlı hətta millətçilik xəstəliyinə yoluxmasına baxmayaraq anlayır ki, Moskvadakı erməni lobbisi yalnız öz maraqlarını güdür, erməni təbliğatçıları isə diri-diri özlərini dəfn edirlər.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi
03 May
Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200...
03 May
Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayı...
03 May
Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb
03 May
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
03 May
Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb
03 May
Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” möv...
03 May
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
03 May
Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur
03 May
Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik...
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!