Qürurla xatırlanan şəhid
Şəhidlik zirvəsinə ucaldığının beşinci ilində İbrahimovlar ailəsi, digər yaxınlar, qohum-əqrəba və dostlar onunla yalnız şəkillər vasitəsilə danışırlar.
Bu böyük nəslin övladı ömrün ayrı-ayrı çağlarında fotolentlərə, telefonların yaddaşına köçürülmüş şəkillərə, xırda süjetlərə və heç vaxt ölməyəcək xəyallara qısılaraq, göz yaşı içərisində, amma qürurla xatırlanır. Sürətlə ötüşən zaman varlığını bizdən uzaqlaşdırsa da, mərd, qayğıkeş, işıqlı obrazı hər gün daha yaxına gələrək, az qala lap qarşımızda, gözlərimiz önündə canlanır…
Alim Səhrab oğlu İbrahimov 1993-cü il dekabrın 26-da Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuşdu. Sonradan valideynlərinin iş yeri ilə əlaqədar işıqlar, nurlar şəhərinə köçüblər - atası DRES-də çalışıb. 2004-2010-cu illərdə Mingəçevir şəhər Bülbül adına 2 saylı musiqi məktəbində qarmon ifaçılığının incəliklərinə yiyələnib. 2014-cü ildə Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecini qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində işləməyə başlayıb.
Alim nə qədər şən, nikbin, məclis-mərəkə adamı olsa da, bütün qeyrətli Azərbaycan gəncləri kimi, qəlbində qaysaqlanmayan bir yara - Qarabağ dərdi gəzdirirdi. 2016-cı ilin 4 günlük Aprel savaşında Lələtəpə və Cocuq Mərcanlının qurtuluşu, 2020-ci ilin iyulunda Tovuzda düşmən hücumunun dəf edilməsindən sonra, nəhayət, müqəddəs cihad gününün, qəti zəfər məqamının yaxınlaşdığını duyur. Şəhid general Polad Həşimovu, şəhid gizir Mübariz İbrahimovu özünə həyat idealı seçir, digər igid oğulların yolu ilə gedəcəyinə qərar verir. Ali Baş Komandanın səfərbərlik əmrini səbirsizliklə gözləyir. 21 sentyabr 2020-ci ildə hərbi təlimlərə qatılır. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir...
Azərbaycan Prezidentinin sərəncamına əsasən, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Atası Səhrab kişi qabarlı əlləri arasından başını qaldırıb dərindən köks ötürür, gözlərini uzaqdakı məchul nöqtəyə zilləyərək çətinliklə də olsa, şəhid oğlu barədə söhbətə başlayır: "Alim çox yaxşı, ailəcanlı, qayğıkeş övlad olub. Özünü dərk edəndən ailəmizə maddi və mənəvi dəstək göstərib. Ürəkli, mərd, mədəni, alicənab oğul olub. 3 ilyarımdan çoxdur evin nə dadı qalıb, nə də ki duzu...
Anası Xatirə İbrahimova göz yaşlarını saxlaya bilmir, əziz balası haqqında hıçqıraraq danışır: "Muharibə başlayan kimi cəbhəyə yollandı. İndi gözümüz onun gedib gəlmədiyi yolda qalıb. Təsəlli yerimiz ancaq şəkillərdir. Alim sentyabrın 20-si mənə sürpriz edib ad günü keçirdi və ertəsi gün səfərbərliklə yola düşdü. Yaşı az olsa da, böyüklə böyük, uşaqla uşaq idi. Yaşlı nənə-babasının qeydinə qalırdı. İndi hamı Alimdən danışır".
Şəhidimizin döyüş yolu haqqında bilgiləri genişləndirmək üçün komandirini, cəbhə yoldaşlarını aradıq, lakin dedilər ki, həmin qrupdan heç kim sağ qalmayıb, ağır savaşda hamısı həlak olub.
Yazıya ilk cümlədən şəkillərlə başladıq. Qəhrəman şəhidimizin qısa, lakin əzəmətli ömrünə fotolarla səyahət elədik, doğmalarının, dostlarının xatirələrində tanıdıq, videosüjetlərlə son mənzilə yola saldıq. Bəşər övladı rahat, məsud, əlamətdar, səadətli anlarında şəkil çəkdirməyə meyil göstərir, acı günlərində buna heç həvəsi olmur. Alim İbrahimovun da əsgər formasında çoxlu şəkili var - hamısında gülür, sevinir, qanadlanır... Elə murdar düşmənin caynağından xilas etdiyi müqəddəs Vətənin aydın, günəşli səmasında pərvazlanan azad, xoşbəxt ruhu kimi...
Qurban MƏMMƏDOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdir
21 May
Türkiyə sülh prosesini yaxından izləyir
21 May
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə...
21 May
Kamerun Respublikasının Prezidenti zati-aliləri cənab Pol Biyaya
21 May
"Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gə...
21 May
"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dö...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" A...
21 May
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli ...
21 May
Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında...
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!