QMİ sədri G20 Dinlərarası Forum çərçivəsində ABŞ-ın nüfuzlu xristian dini təşkilatının nümayəndələri ilə görüşüb
İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Yuta ştatında yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun üzvü Ronald Raşband və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər arasında əlaqələrin inkişafının müzakirə olunduğu görüşdə QMİ sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının önəmini vurğulayaraq, bu istiqamətdə Mormon kilsəsini dəstək verməyə çağırıb.
Şeyxülislam A.Paşazadə Azərbaycanın 30 il ərzində erməni işğalında qalmış torpaqlarını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın yenilməz iradəsi ilə azad etdiyini, Ermənistanın həmin ərazilərdə misli görülməyən vəhşilik və vandalizm aktları törətdiyini bildirib. Ermənistanın, xüsusilə erməni kilsəsinin münaqişəni həmişə dini zəminə çəkməyə çalışdığını, bununla da xristian dünyasının dəstəyini əldə etmək istədiyini bildirən şeyxülislam dünya ictimaiyyətinin bu əsassız cəhdlərə inanmadığını, münaqişənin dini zəmində olmadığının şahidinə çevrildiyini vurğulayıb.
Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq ölkə qaldığını qeyd edən QMİ sədri Prezident İlham Əliyevin erməni işğalçılarının vandalizminə məruz qalan, mənsubiyyətindən asılı olmayaraq, bütün məbədlərin təmir və bərpa ediləcəyinə dair verdiyi bəyanatların buna ən parlaq sübut olduğunu vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə azad olunmuş torpaqlardakı erməni vandalizminin izlərinin və Azərbaycan tərəfindən aparılan bərpa işlərinin şəxsən şahidi olmaq üçün R.Raşbandı ölkəmizə səfərə dəvət edib.
Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri öz növbələrində Azərbaycan həqiqətləri barədə məlumatlı olduqlarını, ölkəmizin dünyadakı mövqeyini dəstəklədiklərini bildiriblər.
Görüşdə qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi üçün bu cür dialoq platformalarının əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov və Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!