30 İyul 2026 08:07
960
SİYASƏT
A- A+
Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli


Prezident İlham Əliyevin çoxqütblü diplomatiyası


Sürətlə dəyişən geosiyasi reallıqlar, güc mərkəzləri arasındakı ziddiyyətlər və qlobal qeyri-müəyyənliklər fonunda müstəqil, çevik xarici siyasət yürütmək hər bir dövlət üçün strateji sınaqdır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu sınaqdan yalnız uğurla keçmək deyil, həm də beynəlxalq arxitekturanın əsas aparıcı aktorlarından birinə çevrilmək bacarığı nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxqütblü diplomatiya ölkəmizi regional çərçivələrdən çıxararaq qlobal siyasətin diqqət mərkəzinə gətirib. Bu siyasətin təməlində isə milli maraqların qətiyyətlə qorunması, beynəlxalq hüquqa sadiqlik və ən əsası,  sözü imzası qədər kəsərli olan etibarlı liderlik imici dayanır.


Dünya güclərinin kəsişmə nöqtəsi


Azərbaycanın geostrateji mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələr dünya siyasətinin supergüclərinin ölkəmizə olan marağını bariz şəkildə artırıb. Hazırda Bakı həm Vaşinqton, həm də Pekin üçün etibarlı və əvəzolunmaz strateji tərəfdaşdır.

Vaşinqtonun Azərbaycan rəhbərliyinin regionda sülh və sabitliyin bərqərar olunması istiqamətindəki qətiyyətli addımlarını yüksək dəyərləndirməsi, Prezident İlham Əliyevin humanist və sülhməramlı səylərinə verilən beynəlxalq qiymətin təzahürüdür. Cənubi Qafqazda silahların susması, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanların yaranması məhz bu ardıcıl siyasi iradənin nəticəsidir.

Tarixi IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən Prezident İlham Əliyevin ABŞ ilə münasibətlərlə bağlı  vurğuladığı məqamlar Bakı ilə Vaşinqton arasındakı əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir: "Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər haqqında soruşdunuz. Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb". 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda onun haqqında səsləndirdiyi fikirlərinin yer aldığı məqaləni özünün "Truth" sosial şəbəkə hesabında paylaşıb.

Dövlətimizin başçısının vurğuladğı kimi, Tramp Administrasiyası ilə Azərbaycan arasında qurulan münasibətlər artıq real strateji tərəfdaşlıq səviyyəsindədir.

Ötən ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüş, yanvarda Davosdakı təmaslar, ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət edilməsi və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması yüksək münasibətlərin praktik təzahürləridir. Prezident 

İlham Əliyevin də ifadə etdiyi kimi, Prezident Tramp sülhü yeni imkanlar yaradan bir amil kimi görən, müharibələrə son qoymağa çalışan fərqli bir liderdir. Bu baxış Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi sülh gündəliyi ilə tam üst-üstə düşür. 

ABŞ ilə strateji dialoqun ən yüksək səviyyəyə çatması ilə yanaşı, Şərqin nəhəng gücü olan Çin ilə münasibətlər də dinamik şəkildə inkişaf edir. Çin Sədri Si Cinpinin Prezident İlham Əliyevə dərin hörmətlə yanaşması və səmimi dostluq münasibətlərini vurğulaması Pekinin Azərbaycana verdiyi strateji dəyərin göstəricisidir. "Bir kəmər, bir yol" layihəsində mühüm qovşaq rolu oynayan Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin vacib halqası kimi Çin üçün regionda ən təhlükəsiz və etibarlı tərəfdaş hesab olunur.


Sülh memarı


Qlobal enerji böhranlarının yaşandığı bir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzolunmaz rol oynayır. "Cənub qaz dəhlizi" və "yaşıl enerji" layihələri Aİ ölkələrinin Bakıya olan marağını daha da artırıb. Avropa institutları Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir və bu qitə ilə Azərbaycan arasında enerji, logistika və digər sahələrdə sıx əməkdaşlıq davam edir.

Son illər Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli formatda Mərkəzi Asiya respublikaları ilə münasibətləri keyfiyyətcə yeni zirvəyə qalxıb. Xəzər üzərindən keçən Orta dəhlizin imkanlarının genişləndirilməsi türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirir. Azərbaycan bu coğrafiyada birləşdirici bənd rolu oynayır.

Azərbaycanın çoxqütblü xarici siyasətinin mühüm istiqamətlərindən biri də Yaxın Şərq ölkələri ilə dinamik inkişaf edən əlaqələrdir. Ölkəmiz Yaxın Şərq regionunun aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və etimada söykənən dostluq münasibətlərini qoruyub saxlayır, regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın tərəfdarı kimi çıxış edir.

Eyni zamanda Azərbaycanın Afrika ölkələrinə göstərdiyi ardıcıl dəstək dövlətimizin humanist xarici siyasətinin bariz nümunəsidir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Bakının təşəbbüsü ilə Afrika qitəsinin bir çox ölkəsinə humanitar, tibbi və təhsil yardımlarının göstərilməsi, humanitar aksiyaların təşkili Azərbaycanın qlobal miqyasda həmrəylik və ədalət tərəfdarı olduğunu sübut edir. Bu gün Azərbaycan yalnız iqtisadi və enerji layihələri ilə deyil, həm də ehtiyacı olan regionlara uzatdığı dostluq və yardım əli ilə dünyada humanist liderlik imicini  möhkəmləndirir.

Yürütdüyü uzaqgörən və uğurlu siyasət nəticəsində Azərbaycanı dünyanın nüfuzlu dövlətinə çevirən Prezident İlham Əliyevin liderlik portretini tamamlayan əsas xüsusiyyətlərdən biri də onun prinsipiallığı və verdiyi vədlərə sadiqliyidir. Beynəlxalq platformalarda səslənən "İlham Əliyevin sözü onun imzası qədər etibarlıdır" fikri illərlə sınanmış siyasi reallıqdır.

Məhz bu etimadın nəticəsidir ki, Azərbaycan bir-biri ilə ziddiyyətdə olan güclərin, müxtəlif münaqişə tərəflərinin dialoq aparması üçün neytral və təhlükəsiz məkan kimi seçilir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək suverenliyini tam bərpa etməsi, beynəlxalq hüququn aliliyini nümayiş etdirməklə yanaşı, regiona yeni sülh reallıqları gətirib. Beynəlxalq tədbirlərdə, sessiyalarda, forumlarda dünya liderlərinin, eləcə də beynəlxalq medianın diqqətinin Bakıya yönəlməsi Azərbaycan Prezidentinin qlobal miqyasda söz sahibi olmasının aydın təzahürüdür.

Göründüyü kimi, bu gün Azərbaycan şərqlə qərbin, şimalla cənubun kəsişdiyi strateji mərkəz olmaqla yanaşı, həm də qlobal dialoqun və sülhün təşviqçisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və uzaqgörən xarici siyasət ölkəmizi dünya güclərinin maraq dairəsinə daxil edib, onu etibarlı müttəfiqə çevirib. Müasir dünya nizamında ədalətə, səmimiyyətə və milli maraqlara söykənən bu siyasi kurs Azərbaycanın beynəlxalq müstəvidəki yüksək nüfuzunun və gələcək uğurlarının əsas zəmanətidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!