30 İyul 2026 17:30
229
İQTİSADİYYAT
A- A+
Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir


Qazaxıstanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Böyük Britaniyaya yeni ixrac marşrutu açması bu dəhlizin beynəlxalq yükdaşımalarda artan strateji rolunu bir daha nümayiş etdirir. Ekibastuzdan yola salınan mineral gübrələrin dəmir yolu və dəniz nəqliyyatı ilə Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə daşınaraq Poti və Batumi limanları vasitəsilə Böyük Britaniyanın Felikstou limanına çatdırılması Orta Dəhlizin Avropa bazarlarına çıxış üçün etibarlı və rəqabətqabiliyyətli logistika marşrutu kimi mövqeyini daha da möhkəmləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert qeyd edib ki, son illər Orta Dəhliz üzrə daşınan yüklərin çeşidi və həcmi nəzərəçarpacaq dərəcədə artır: “Əgər əvvəllər marşrut əsasən konteyner və sənaye məhsullarının daşınması ilə tanınırdısa, indi kənd təsərrüfatı məhsulları, mineral gübrələr, ərzaq sənayesi üçün xammal və digər strateji yüklər də bu xətt vasitəsilə dünya bazarlarına çıxarılır. Bu isə dəhlizin yalnız regional nəqliyyat layihəsi deyil, qlobal təchizat zəncirinin mühüm halqasına çevrildiyini göstərir”.

R.Ağamirzəyevin sözlərinə görə, mineral gübrələrin Orta Dəhliz vasitəsilə Böyük Britaniyaya çatdırılması qlobal qida təhlükəsizliyi baxımından da mühüm hadisədir: “Gübrələr kənd təsərrüfatı istehsalının əsas komponentlərindən biri hesab olunur və onların vaxtında istehlak bazarlarına çatdırılması ərzaq istehsalının davamlılığına birbaşa təsir göstərir. Bu baxımdan Orta Dəhliz təkcə yükdaşımaları deyil, həm də beynəlxalq ərzaq təchizatının etibarlılığını təmin edən strateji logistika platforması kimi çıxış edir”.

“Son illərdə dünya ticarətində baş verən geosiyasi dəyişikliklər, ənənəvi marşrutlarda yaranan risklər və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti dövlətləri daha etibarlı nəqliyyat dəhlizlərinə üstünlük verməyə sövq edir. Orta Dəhliz də məhz bu baxımdan fərqlənir. Bu marşrut üzərindən daşımaların davamlı şəkildə artması onun dayanıqlığını və beynəlxalq etimad qazandığını göstərir”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, Azərbaycan bu prosesdə xüsusi əhəmiyyətə malikdir: “Xəzər dənizində yerləşən liman infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu şəbəkəsi və ölkənin həyata keçirdiyi tranzit siyasəti Azərbaycanın Orta Dəhlizin əsas logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib. Yük axınının artması tranzit gəlirlərinin yüksəlməsi, logistika xidmətlərinin genişlənməsi, yeni investisiyaların cəlb olunması və nəqliyyat sektorunda əlavə məşğulluğun yaradılması baxımından da ölkəyə mühüm iqtisadi üstünlüklər qazandırır”.

Ekspert bildirib ki, Qazaxıstanın ixracyönümlü yüklərini məhz Orta Dəhliz vasitəsilə Avropa bazarlarına göndərməsi dəhliz ölkələrinin bu marşruta olan inamını nümayiş etdirir: “Bu, yalnız bir daşınma əməliyyatı deyil, həm də region dövlətlərinin Orta Dəhlizi uzunmüddətli və strateji nəqliyyat platforması kimi qəbul etdiyini göstərən mühüm siqnaldır. Marşrutların şaxələndirilməsi, çatdırılma müddətlərinin optimallaşdırılması, rəqəmsal logistika həllərinin tətbiqi və multimodal daşımaların genişləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artırır. Dəmir yolu, dəniz limanları və avtomobil nəqliyyatının vahid logistika zənciri şəklində fəaliyyət göstərməsi yükdaşımaların sürətini artırmaqla yanaşı, sahibkarlar üçün xərclərin azalmasına da şərait yaradır”.

Onun sözlərinə görə, Orta Dəhliz artıq beynəlxalq siyasi və iqtisadi gündəmin mühüm mövzularından birinə çevrilib: “Avropa İttifaqının Trans-Xəzər marşrutuna artan marağı, Çinin Qazaxıstan limanlarına və logistika infrastrukturuna yatırdığı investisiyalar, ABŞ-nin Trans-Xəzər marşrutunun inkişafına diqqəti, eləcə də Türkiyənin son illərdə həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələri bu marşrutun gələcəyinə olan inamı daha da gücləndirir. Qarşıdakı illərdə Orta Dəhliz boyunca limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal gömrük sistemlərinin tətbiqi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi yükdaşımaların həcmini daha da yüksəldəcək. Məhz buna görə də 2030-cu il üçün proqnozlaşdırılan 11 milyon tonluq yük dövriyyəsinin əhəmiyyətli dərəcədə üstələnməsi real görünür. Bu gün Orta Dəhliz alternativ marşrut statusundan çıxaraq Avrasiya məkanının əsas ticarət və logistika arteriyalarından birinə çevrilməkdədir. Bu proses Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirir, ölkəmizin beynəlxalq nəqliyyat, ticarət və qida təhlükəsizliyinin təmin edilməsində rolunu artırır. Qarşıdakı dövrdə dəhlizin əhəmiyyəti daha da artacaq və Azərbaycan bu inkişafın əsas benefisiarlarından biri olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!