26 Dekabr 2025 09:20
1046
Səhiyyə
A- A+
Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir

Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir


Son illərdə dünyada artıq çəki problemi təkcə estetik məsələ kimi deyil, qlobal sağlamlıq böhranı kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hazırda dünyada bir milyarddan artıq insan piylənmədən əziyyət çəkir və bu göstərici ildən-ilə artır. Artıq çəki ürək-damar xəstəlikləri, şəkərli diabet, xərçəngin bəzi növləri, hormonal pozuntular və psixoloji problemlər də daxil olmaqla bir çox ciddi xəstəliklərin riskini yüksəldir. Bu səbəbdən alimlər və tibb mütəxəssisləri uzun müddətdir ki, çəki artımının qarşısını almaq üçün yeni və daha təsirli üsullar axtarırlar. Son dövrlərdə bu axtarışlar fasiləli oruc və kalori məhdudlaşdırılması kimi pəhriz modellərinə xüsusi diqqətin yönəlməsinə səbəb olub.

Aparılan son elmi araşdırmalar göstərir ki, fasiləli enerji və ya kalori məhdudlaşdırılması təkcə çəki itkisi ilə nəticələnmir, eyni zamanda insan orqanizmində daha dərin, kompleks və uzunmüddətli dəyişikliklərə səbəb olur. Alimlər müəyyən ediblər ki, bu cür pəhriz modelləri beyin fəaliyyəti və bağırsaq mikrobiotasının quruluşu arasında sıx əlaqəni dəyişdirərək iştahanın tənzimlənməsinə, qida asılılığının azalmasına və maddələr mübadiləsinin daha səmərəli işləməsinə təsir göstərə bilər. Xüsusilə beyin-bağırsaq-mikrobiom oxu adlanan mexanizm son illərin ən çox araşdırılan mövzularından birinə çevrilib.

Çində aparılan genişmiqyaslı tədqiqat bu sahədə diqqətçəkən nəticələr ortaya qoyub. Çinli alimlər artıq çəkidən əziyyət çəkən 25 könüllünü 62 gün davam edən fasiləli enerji məhdudlaşdırma proqramına cəlb ediblər. Bu proqram çərçivəsində iştirakçılar müəyyən günlərdə aşağı kalorili qidalanıb, müəyyən dövrlərdə isə oruc tutublar. Tədqiqat müddətində onların həm bədən çəkisi, həm də beyin və bağırsaq fəaliyyəti mütəmadi olaraq müşahidə edilib. Nəticələr gözləniləndən daha yaxşı olub. İştirakçılar orta hesabla 7,6 kiloqram, yəni bədən çəkilərinin təxminən 7,8 faizini itiriblər. Lakin bu araşdırmanın əsas əhəmiyyəti yalnız çəki itkisi ilə məhdudlaşmayıb.

Araşdırma zamanı funksional maqnit rezonans görüntüləmə müayinələri vasitəsilə iştaha, impuls nəzarəti və asılılıq davranışları ilə əlaqəli beyin bölgələrində əhəmiyyətli aktivlik dəyişiklikləri qeydə alınıb. Eyni zamanda bağırsaq mikrobiotasının tərkibində də nəzərəçarpacaq dəyişikliklər baş verib. Bu dəyişikliklərin təsadüfi olmadığı, əksinə, bir-biri ilə sıx əlaqəli və zamanla dinamik şəkildə inkişaf etdiyi müəyyənləşdirilib. Çinin qabaqcıl mütəxəssislərindən biri olan Qiang Zeng qeyd edib ki, fasiləli enerji məhdudlaşdırılması insanlarda beyin-bağırsaq-mikrobiom oxunu real şəkildə dəyişdirir və arıqlama prosesi zamanı bu üç sistem arasında qarşılıqlı təsir daha da güclənir.

Bağırsaq mikrobiomu insan orqanizmində trilyonlarla bakteriyanın yaşadığı mürəkkəb ekosistemdir. Bu bakteriyalar təkcə həzmi deyil, immun sistemini, hormon balansını, hətta psixoloji vəziyyəti belə təsir altına alır. Son tədqiqatlar göstərir ki, bağırsaq bakteriyaları sinir sistemi və qan dövranı vasitəsilə beyinə təsir edən neyrotransmitterlər (sinir daşıyıcıları) və digər bioloji maddələr ifraz edə bilir. Çin Milli Geriatrik Klinikasının alimi Xiaoning Uang bildirib ki, bağırsaq mikrobiomu ilə beyin arasındakı əlaqə iki istiqamətlidir. Bir tərəfdən, mikrobiom beyinə təsir edir, digər tərəfdən isə beyin insanın yemək davranışını formalaşdıraraq bağırsaqdakı bakterial tarazlığı dəyişdirir. Bu qarşılıqlı əlaqənin daha dərindən öyrənilməsi artıq çəki ilə mübarizədə inqilabi yanaşmaların ortaya çıxmasına yol açacaq. Növbəti mərhələdə əsas məqsəd arıqlama zamanı hansı bağırsaq bakteriyalarının və hansı beyin bölgələrinin həlledici rol oynadığını dəqiq müəyyənləşdirməkdir. Bu biliklər gələcəkdə fərdiləşdirilmiş pəhriz və müalicə üsullarının hazırlanmasına imkan verə bilər.

Fasiləli oruc və kalori məhdudlaşdırılması mövzusu yalnız çəki itkisi baxımından deyil, həm də orqanizmin özünü bərpa mexanizmləri ilə əlaqəli olduğu üçün maraq doğurur. Bu mexanizmlərdən ən çox diqqət çəkəni autofagiya prosesidir. Qədim yunan dilində "özünü yemək" mənasını verən autofagiya hüceyrələrin daxilində baş verən təmizlənmə və yenilənmə prosesidir. Bu zaman yaşlanmış, zədələnmiş və funksiyasını itirmiş hüceyrə strukturları parçalanır və onların tərkib hissələri yeni hüceyrələrin bərpası üçün yenidən istifadə olunur. Heyvanlar üzərində aparılan araşdırmalarda autofagiyanın ömrü uzatdığı müşahidə edilib. Lakin bu nəticələrin insanlara tam şəkildə aid edilməsi üçün uzunmüddətli klinik tədqiqatlara ehtiyac var.

Fasiləli orucun autofagiyanı necə işə saldığı məsələsi də maraqlıdır. Qida qəbulundan sonra orqanizm əvvəlcə qan qlükozasından enerji mənbəyi kimi istifadə edir. Təxminən üç saat sonra bu mənbə azaldıqda qaraciyər və əzələlərdə toplanmış qlikogen ehtiyatları parçalanmağa başlayır. Qlikogen tükəndikdən sonra isə bədən yağ turşularından əmələ gələn ketonlara keçid edir. Ketoz adlanan bu mərhələdə autofagiya prosesi aktivləşir. Aşağı karbohidratlı qidalanma və müntəzəm fiziki fəaliyyət bu prosesi sürətləndirə bilər.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, fasiləli oruc hər kəs üçün uyğun deyil və universal arıqlama metodu kimi qəbul edilməməlidir. Dietoloqların sözlərinə görə, insanlar sağlam qidalanma vərdişlərini öyrənmədən və həyat tərzlərini dəyişmədən yalnız oruca güvənərlərsə, pəhrizi dayandırdıqdan sonra yenidən çəki artımı ilə üzləşə bilərlər. Bu səbəbdən fasiləli oruc daha çox qidalanma vərdişlərini yenidən formalaşdırmaq üçün bir vasitə kimi qiymətləndirilməlidir. Fasiləli orucun müxtəlif formaları mövcuddur. Ən çox yayılan model 16/8 qaydasıdır. Bu modeldə insan 16 saat oruc tutur, qalan 8 saat ərzində isə qida qəbul edir. Oruc müddətinə yuxu saatları da daxil edilir.

Bu pəhriz zamanı maye qəbulu xüsusi əhəmiyyət daşıyır. Su, şəkərsiz çay və qəhvə kimi kalorisiz içkilərə icazə verilir. Lakin şəkərli içkilər, spirt və emal olunmuş məhsullar tövsiyə edilmir. Eyni zamanda yemək saatlarında qəbul edilən qidaların keyfiyyəti də mühüm rol oynayır. Zülalla zəngin qidalar, sağlam yağlar, tam taxıllar, meyvə və tərəvəzlər, eləcə də probiotiklərlə zəngin məhsullar bağırsaq mikrobiotasının balansını qorumağa kömək edir.

Bütün bu müsbət tərəflərə baxmayaraq, fasiləli orucun riskləri də mövcuddur. Bədən kütlə indeksi çox aşağı olan şəxslər, hamilə qadınlar, qidalanma pozğunluğu olan insanlar, uşaqlar və yaşlılar üçün bu pəhriz uyğun hesab edilmir. Eyni zamanda şəkərli diabet, aşağı qan təzyiqi və digər xroniki xəstəlikləri olan şəxslər də yalnız mütəxəssis nəzarəti altında bu rejimi tətbiq etməlidirlər.

Gündəlik rasionumuza əlavə edilən qidalar zamanla beynin düşünmə tərzini, bağırsağın ritmini və sağlamlığın ümumi istiqamətini formalaşdırır. Bu sahədə aparılan tədqiqatların bizə verdiyi ən böyük mesaj ondan ibarətdir ki, sağlamlıq möcüzə deyil, ardıcıl və şüurlu qidalanmanın təbii nəticəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!