09 Yanvar 2026 21:42
299
SİYASƏT
A- A+
Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  


Qlobal ticarətin dəyişikliklərə məruz qaldığı, geosiyasi risklər səbəbindən təchizat zəncirlərinin daha həssas olduğu bir vaxtda Azərbaycan ənənəvi tranzit ölkəsi rolunun hüdudlarından kənara çıxaraq qaydaları müəyyən edən ölkə kimi öz hüquqlarını getdikcə daha qabarıq şəkildə bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları göstərir ki, Bakı yalnız Qərbə yönələn ticarət axınlarına vasitəçilik etməyə deyil, həm də bu axınların istiqamətinə, tempinə və təhlükəsizliyinə birbaşa təsir göstərməyə çalışır. Bu kontekstdə ön plana çıxan “Türk ticarət dəhlizi” ideyası sadə nəqliyyat layihəsi kimi deyil, daha çox Avrasiya geosiyasətində yeni güc strukturunun formalaşmasına işarə kimi dəyərləndirilməlidir. Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında “yeganə etibarlı coğrafi halqa” kimi mövqeləndirilməsi təsadüfi deyil. Rusiya ilə Ukrayna arasında müharibənin şimal marşrutlarını riskli etməsi, İran marşrutlarının siyasi qeyri-müəyyənliklə əhatə olunması, Əfqanıstan–Pakistan oxunun isə proqnozlaşdırılan ticarət marşrutu təklif edə bilməməsi fonunda Bakı təbii qovşaq kimi ölkəyə çevrilib. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) himayəsi altında formalaşdırılan ticarət dəhlizi konsepsiyası Azərbaycanın geoiqtisadi motivlərini geosiyasi strategiya ilə uzlaşdırdığı yeni mərhələni təmsil edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert Zeynep Gizem Özpınar deyib.

O bildirib ki, Azərbaycanın Orta Dəhlizdəki rolu artıq uzun müddətdir məlumdur, lakin son dövrlərdə bu rol keyfiyyətcə dəyişib: “Bakı limanının buraxılış qabiliyyətinin artırılması, dəmir yolu infrastrukturuna yatırılan investisiyalar və Xəzər dənizi üzərindən tranzit layihələri Azərbaycanı tranzit məntəqəsindən logistika qərarlarının qəbul edildiyi mərkəzə çevirir. Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiyanı Qərblə birləşdirə bilən yeganə etibarlı ölkə olduğunu vurğulaması bu transformasiyanın siyasi diskursda ən parlaq təzahürüdür”.

“Bu strategiyanın ən diqqətçəkən cəhətlərindən biri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə institusional əlaqələrinin dərinləşdirilməsidir. C5 formatının Azərbaycanın tamhüquqlu üzv kimi iştirakı ilə C6 formatına çevrilməsi təkcə diplomatik çərçivələrin genişlənməsi deyil, həm də ticarət, energetika və nəqliyyat sahələrində birgə fəaliyyət potensialının möhkəmləndirilməsi deməkdir. Bakı bu addımı “əhəmiyyətli siyasi və diplomatik uğur” adlandırmaqla yanaşı, Mərkəzi Asiya resurslarının Qərb bazarlarına çatdırılmasında marşrut seçiminə təsir göstərmək hüququnu da bəyan edir”, – deyə o vurğulayıb.

Zeynep Gizem Özpınar deyib ki, bu çərçivədə “Türk ticarət dəhlizi” konsepsiyası Orta Dəhlizin “türkləşdirilməsi” kimi də şərh oluna bilər: “Dəhlizin əsasını təşkil edən marşrutların daha çox türk dövlətlərinin nəzarətində olması ticarətin texniki aspektini şəxsiyyət və strategiya oxları ilə birləşdirir. Bu vəziyyət Qərb üçün Rusiya və Çindən əlavə proqnozlaşdırıla bilən yeni Avrasiya tərəfdaşının meydana çıxmasına işarə edir, Azərbaycan üçün isə tranzit gəlirləri ilə məhdudlaşmayan siyasi təsir zonasının formalaşdırılması potensialını yaradır”.

“Türk ticarət dəhlizi”ni unikal və müzakirəyə açıq edən fundamental element ondan ibarətdir ki, bu marşrut yalnız iqtisadi təşəbbüs kimi nəzərdən keçirilmir, planlaşdırmanın mərkəzində təhlükəsizlik aspekti də dayanır. Prezident İlham Əliyevin TDT çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair çağırışları ticarətin təhlükəsizliyinin artıq hərbi və strateji məsələ kimi dəyərləndirildiyini göstərir. Bu il birgə hərbi təlimlərin keçirilməsi təklifi bu yanaşmanın konkret təzahürüdür.

Bu baxış klassik liberal ticarət anlayışından əhəmiyyətli dərəcədə fərqlənir. Prezident İlham Əliyevin müasir dünyada beynəlxalq hüquq anlayışının mövcud olmaması barədə sərt qeydi Azərbaycanın qlobal sistemi güc balansı prizmasından dəyərləndirdiyini aydın şəkildə nümayiş etdirir. Bu yanaşma çərçivəsində ticarət marşrutları iqtisadi rifahla yanaşı, milli təhlükəsizliyin və siyasi müstəqilliyin fundamental elementləri kimi mövqeləndirilir”, – deyə ekspert izah edib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək TRIPP marşrutu kimi də tanınan Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır. Hələ tikinti mərhələsində olan bu xətt Azərbaycanı Naxçıvanla, oradan isə Türkiyə ilə birləşdirməklə yanaşı, Mərkəzi Asiyadan Qərbə ticarət üçün alternativ və daha qısa marşrut vəd edir. Bakının bu xətti “həll olunmuş məsələ” kimi dəyərləndirməsi də Azərbaycanın regional güc balansına olan inamını əks etdirir: “Türk ticarət dəhlizi”nin təhlükəsizliyi Qərb üçün də ikili əhəmiyyət daşıyır. Bir tərəfdən, bu dəhliz Rusiya və İrandan yan keçən marşrutla Mərkəzi Asiyaya çıxışı təmin edir, digər tərəfdən isə bu marşrutu dəstəkləyən türk dövlətləri arasında hərbi koordinasiyanın güclənməsi Avrasiyada yeni blokun formalaşması ehtimalını artırır. Beləliklə, Azərbaycan “tranzit ölkə” anlayışının hüdudlarından kənara çıxaraq formalaşmaqda olan yeni geosiyasi oxun əsas mərkəzlərindən birinə çevrilir”.

Ekspert əlavə edib ki, Azərbaycanın “Türk ticarət dəhlizi” ilə bağlı baxışı Qərblə ticarət üzərində nəzarət məqsədinin çoxsəviyyəli strategiyaya çevrildiyini göstərir: “Bu strategiya infrastruktur investisiyalarını, diplomatik əlaqələrin genişləndirilməsini, iqtisadi əməkdaşlığı və təhlükəsizlik strukturlarını əhatə edən kompleks yanaşmanı əks etdirir. Bu addımla Bakı yük qatarlarının keçdiyi passiv coğrafi ərazi kimi təsnifatdan çıxmağa və Avrasiya ticarətinin qaydalarını formalaşdıran həlledici oyunçuya çevrilməyə çalışır. Bu baxımdan “Türk ticarət dəhlizi” Azərbaycanın geoiqtisadi yüksəlişinin ən konkret və ən iddialı təzahürü kimi qiymətləndirilməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!