09 Yanvar 2026 18:29
300
SİYASƏT
A- A+
 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  


Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində yeni və strateji bir mərhələnin başlanğıcıdır. Bu mötəbər hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti gələcəyə hesablanmış, dayanıqlı və məsuliyyətli inkişaf yolunu qətiyyətlə davam etdirir.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyinin möhkəmlənməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrinin genişlənməsi və iqtisadi dayanıqlığın təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bu möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşünülmüş strateji baxışının real nəticəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji sisteminin son 20 ildə demək olar ki, tam yenilənməsi, generasiya güclərinin üç dəfə artaraq təxminən 10 min meqavata çatması tarixi nailiyyətdir. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkəmizi regionun aparıcı enerji mərkəzinə çevirir. Bu gün külək, günəş və su elektrik stansiyalarının ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə inşa edilməsi milli gücümüzün və suveren inkişaf modelimizin bariz nümunəsidir.

Deputat bildirib ki, xarici investorların, xüsusilə “ACWA Power” və “Power China” kimi nüfuzlu şirkətlərin Azərbaycanla əməkdaşlığı ölkəmizdə mövcud olan güclü investisiya iqliminin, hüquqi sabitliyin və dövlətin verdiyi zəmanətlərin nəticəsidir. 

Eyni zamanda, batareya enerji saxlanma sistemlərinin yaradılması, 2030–2032-ci illərə qədər 8 giqavatlıq yeni bərpaolunan enerji güclərinin planlaşdırılması Azərbaycan həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir. Bu siyasət ölkəmizi süni intellekt və yüksək enerji tutumlu texnoloji sahələr üçün də cəlbedici məkana çevirir.

Azərbaycan bu gün maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi, yüksək valyuta ehtiyatları və artan kredit reytinqi ilə dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Beş ildir sülh şəraitində yaşayan, genişmiqyaslı quruculuq işləri aparan ölkəmiz regionda sabitliyin və inkişafın əsas dayaqlarından biridir.

Fatma Yıldırımın sözlərinə gorə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  ardıcıl və milli maraqlara əsaslanan enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq, ölkəmizi enerji təhlükəsizliyi və yaşıl inkişaf sahəsində nümunəvi dövlətə çevirəcəkdir”-deyə deputat bildirib.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!