"Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir".
İlham ƏLİYEV
"Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır".
İlham ƏLİYEV
"Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz".
İlham ƏLİYEV
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz ad günündə məcburi köçkünlərlə birlikdə olmağı ənənəyə çevirib.
Ənənə bu dəfə də pozulmadı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Qarabağa səfər edərək Xankəndi şəhərində və yeni Ağdamda bir sıra görüşlər keçirdilər.
Maraqlı görüşlərdən biri Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında baş tutdu.
QISA ARAYIŞ:
Ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.
Dövlət başçısı İlham Əliyevin keçmiş məcburi köçkünlərlə yeni salınmış yaşayış yerlərində görüşləri özünün səmimiliyi, insanların öz rəhbərlərinə sonsuz sevgisi və ehtiramı, xoş əhvali-ruhiyyəli atmosferin mövcudluğu ilə seçilir.
Doğma yurd-yuvaya qayıdarkən onlara yaradılan şəraitdən, yeni kənd və qəsəbələrdəki rahatlıqdan, açılan iş yerlərindən hədsiz dərəcədə razı qalan köhnə-yeni sakinlər Azərbaycan Prezidentinə ürək sözlərini, təşəkkür və minnətdarlıqlarını xalqımıza xas olan formada dönə-dönə ifadə edirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə belə görüşlərdə Zəfər müharibəsində və sonrakı dövrdə baş verən hadisələrdən söz açmaqla yanaşı, qarşıda duran vəzifələrdən də danışır, vacib bildiyi məqamları bütün Azərbaycan xalqına çatdırır, habelə müəyyən ünvanlara da ismarışlarını göndərir.
Budəfəki görüşlərdə də istisna olmadı.
***
Cənab İlham Əliyev ağdamlılarla yeni görüşünə çox mühüm bir məsələdən söhbət açması ilə başladı:
"İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır".
Bəli, Azərbaycan xalqı heç zaman ərazi itkisi ilə barışmamışdır!
Bunu dövlət rəhbərlərimiz dəfələrlə ucadan, bütün məclislərdə açıq şəkildə bəyan etmişlər!
Ulu Öndər Heydər Əliyev daim təkrarlayırdı: Biz işğal altındakı bütün torpaqlarımıza qayıdacağıq!
Cənab İlham Əliyev də qətiyyətlə söyləyirdi: Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir!
Lakin haylar başqa cür düşünürdülər.
Onlar qondarma "Artsax" və "DQR" yaradaraq özlərinə oyuncaq "prezidentlər", "parlamentlər" seçir, "müstəqil respublika" təəssüratı yaratmağa can atırdılar.
Ancaq heç zaman öz ağızları ilə hürmürdülər.
Daim dünya erməniliyinin pul kisəsindən asılı olan, prezident seçkilərində erməni diasporundan aldıqları səslərə görə ermənilərə borclu qalan dövlət başçılarının dəstəyindən istifadə edərək işğalçı əməllərini davam etdirirdilər.
İşğalın davam etdiyi 30 ilədək bir müddətdə:
* BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnamə havadan asılı qaldı;
* Həmsədr dövlətlər sayılan Rusiya, ABŞ, Fransa Ermənistana daim siyasi və maliyyə dəstəyi göstərdilər, dəfələrlə dəyəri milyardlarla dollar olan pulsuz silah-sursat verdilər;
* Bir dəfə də olsun işğalçıya "özgə torpaqlarından çıx" demədilər, heç bir təsir, təzyiq göstərmədilər, heç bir sanksiya tətbiq etmədilər;
* Separatçı qurumların qeyri-legitim "rəhbər"lərini öz ərazilərində qəbul edərək pulyığma marafonlarının keçirilməsinə şərait yaratdılar;
* Fransa, ABŞ parlamentləri erməni maraqlarının müdafiəsi "mərkəz"lərinə çevrildilər, dəfələrlə orada əleyhimizə qərəzli və ədalətsiz qərarlar qəbul olundu;
* Rusiya Dövlət Dumasının deputatları isə müntəzəm şəkildə Ermənistana, habelə Azərbaycanın razılığı olmadan Qarabağa səfərlər edir, bu səfərlərdə separatçılara siyasi və mənəvi dəstəklər verirdilər.
Maraqlıdır ki, separatizm yuvası olan digər ölkələrdəki separatçı nümayəndələri heç bir ölkəyə gedərək orada rəsmi və ya qeyri-rəsmi görüşlər keçirə bilməzdilər.
Ən böyük biabırçılıq, riyakarlıq, ikiüzlülük və saxtakarlıq isə Qarabağ münaqişəsinin həlli ilə bağlı məxsusi yaradılan ATƏT-in Minsk qrupuna məxsusdur.
***
Uzun illər boyu ATƏT-in Minsk qrupu üzvlərinin keçirdikləri bütün görüşlərdə eyni hal müşahidə olunurdu:
Sərgilənən mövqe və münasibətlərə görə sanki danışıqlar masasının bir tərəfində Ermənistanla ATƏT-in Minsk qrupu, digər tərəfdə isə Azərbaycan nümayəndə heyəti otururdu.
Onlar daim işğalçı, talançı, beynəlxalq hüququ vecinə almayan Ermənistanla həmrəy idilər.
Bircə kərə belə "erməni qardaşları"nın nə xətrinə dəydilər, nə təzyiq göstərdilər, nə də sanksiya tətbiq etdilər.
Sanki tut arağı içib, donuz kababı yeməkdən başqa heç bir işləri yox imiş.
Hətta müharibədən sonra da yeyib-içmək həvəsi ilə yenə də gəlirdilər.
Şanlı zəfərdən bir ay sonra - 2020-ci il dekabrın 12-də Azərbaycana səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərini cənab İlham Əliyev qəbul edərkən onlara fəaliyyətsizliklərini və birtərəfli mövqelərini xatırladaraq açıq şəkildə üzlərinə dedi:
"Mən Minsk qrupunu səfərə dəvət etməmişəm!"
Minsk qrupunun mövcudluğu ermənilərə və ermənipərəstlərə sərf edirdi.
Çoxlarının ürəyindən bu fərsiz qrupa Qarabağı könüllü tərk etmiş ermənilərin "hüquqlarının müdafiəsi" məsələsinin tapşırılması keçirdi.
ATƏT-in Minsk qrupunun fatihəsi
8 avqust 2025-ci il Vaşinqton görüşündə oxundu!
Tabutuna son mismar isə dekabrın 1-də vuruldu!
***
Ağdamlılarla yeni görüşündə cənab İlham Əliyev 44 günlük Zəfər müharibəsinin möhtəşəm nəticələrinə də toxundu:
"Beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq".
Hətta hərbi əməliyyatlar dövründə də ermənipərəst qüvvələrin hayların müdafiəsindən əl götürmədiklərini açıqladı:
"Bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək - bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular".
***
Bu gün sevinə-sevinə, gülə-gülə doğma yurda qayıdırıq, yeni kənd, qəsəbə və şəhərlərdə, təzə ev və mənzillərdə xoşbəxt və rahat günlərimizi yaşamağa başlayırıq.
Həqiqətən də, böyük fərəh, sonsuz səadətdir!
Ancaq heç kəs heç zaman heç nəyi unutmamalıdır!
Müdrik Prezidentimiz İlham Əliyev demişkən:
"Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq".
***
Bu gün xocalılılar da bir gözü gülərək, bir gözü ağlayaraq Vətənə qayıdırlar!
Ancaq Xocalı soyqırımını necə unutmaq olar?!
Həm də təkcə xocalılılar yox, bütün Azərbaycan xalqı bu vəhşiliyi, barbarlığı, qadınlara, uşaqlara, qocalara, günahsız və silahsız mülki əhaliyə qarşı törədilən qəddarlıqları, qətliamları yaddan çıxara bilərmi?!
Heç zaman!
Həm də təkcə Xocalı soyqırımını yox!
* Evlərimizin talan edərək yandırılmasını;
* Məscidlərimizdə mal-qara, donuz saxlanılmasını;
* Qəbiristanlıqlarımızın dağıdılaraq ölənlərin qızıl dişlərinin çıxarılmasını;
* Mədəni, tarixi, dini abidələrimizin uçurularaq təhqirlərə məruz qoyulmasını;
* Bağlarımızın, meşələrimizin qırılmasını, çaylarımızın zəhərlənməsini;
* Faydalı qazıntı yataqlarının talan edilərək daşınıb aparılmasını;
* Bizim geriyə qayıda bilməməyimiz üçün bütün ərazilərin xarabalıqlara çevrilməsini necə unutmaq olar?!
Bu mümkün deyil!
Sülh müqaviləsinin bağlanması, dövlətlərarası münasibətlərin bərpası o demək deyil ki, biz qonşuluğumuzda revanşist niyyətlərlə yaşayanları, əllərinə fürsət düşən kimi torpaqlarımızı ələ keçirmək istəyənləri unutmalı və bağışlamalıyıq.
Bu da mümkün deyil!
İşğal muzeyləri həm də bunun üçündür!
Çünki unutqanlıq, yaxud yaddaşımızın zorla "təmizlənməsi", bizə keçmişdəki təki "qardaşlıq" mahnılarının oxudulması, "əbədi dostluq və beynəlmiləlçilik" uydurmalarının təbliği heç zaman yaddaşımızı korşaltmamalıdır!
* Biz torpaqları qan tökərək qaytarmışıq!
* Biz torpaqları şəhidlər verərək qaytarmışıq!
* Biz torpaqlarımızı doğmalarımızı əlilə çevirməklə qaytarmışıq!
* Biz torpaqlarımızı böyük itkilər hesabına qaytarmışıq!
Dağılanları, viran qoyulanları yenidən tikib qursaq da, əvvəlkindən gözəl kənd, qəsəbə və şəhərlər salsaq da, insan itkisi geri qayıda bilmir!
Doğrudur, əbədi müharibə, əbədi düşmənçilik olmur!
Yaddaşsızlıq isə böyük bəlaların yenidən təkrarlanmasına yol aça bilər!
Daim güclü olmalıyıq!
Daim yanımızda arxalı, riyakar və hiyləgər, dəfələrlə bizə düşmənçilik edərək ağır itkilər yaşadan birisinin mövcudluğunu heç zaman yaddan çıxarmamalıyıq!
***
Heç zaman unutmayaq:
* 1905-1907-ci illərdə ermənilər tərəfindən törədilənləri;
* 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda və Lənkəranda baş verən qırğınları;
* 1948-1953-cü illərdə Qərbi Azərbaycanda baş verən deportasiya cinayətlərini;
* 1988-1993-cü illərdə başımıza gətirilən faciə və müsibətləri;
* 30 illik işğal dövründəki vəhşilik, vandallıq, dağıntı cinayətlərini və vurulan ziyanları;
* Genosid, urbisid, ekosid faktlarını.
"İtlə yoldaş ol, amma çomağını əldən qoyma" - müdrik atalar sözüdür.
Tarix unutqanlığı heç zaman bağışlamır!
Həm də unudanları daha ağır formada yenidən cəzalandırır!
***
Yaxın və uzaq keçmişdəkilərdən düzgün nəticələr çıxarmalıyıq:
Ermənilərə torpaq vermək istəməsək də, içərimizə buraxmışıq.
Həmişə də bizimlə "qoy özümə yer eləyim, gör sənə neyləyirəm" prinsipi ilə, xaincəsinə davranıblar.
* Əvvəlcə yaltaqlanıblar, yarınıblar...
* Arvadlarını, qızlarını qabağa veriblər...
* Sonra özlərinə ev-eşik düzəldiblər...
* Pullu sahələrdə yerləşərək bir-birlərini yanlarına çəkiblər...
* Amma heç zaman düşmənçiliklərini unutmayıblar...
* Hər bir ailə "böyük Ermənistan" naminə gizli fonda hər ay pul ödəyib.
* Hərəkətə keçməyə daim fürsət gəziblər.
* Əllərinə belə imkan düşəndə isə əsl simalarını, vəhşilik və qəddarlıqlarını göstəriblər.
Əsl erməni "qıdı kirvə" deyil!
Əsl erməni Njdedir, Monte Melkonyandır, digər başkəsənlərdir.
Sülh istəsək də, iqtisadi əməkdaşlığa qədəm qoysaq da, "dəmir yumruq" daim hazır vəziyyətdə olmalıdır!
Bəxtiyar SADIQOV