09 Yanvar 2026 18:32
321
DÜNYA
A- A+
Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  


 O, Bolqarıstanın keçmiş müdafiə və xarici işlər naziri olmuş, BMT-nin İraqdakı nümayəndəsi vəzifəsində çalışmış, 2015-2020-ci illərdə BMT-nin Yaxın Şərq üzrə sülh elçisi təyin edilmişdir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağında sülh prosesinə nəzarət etmək funksiyası daşıyan  Sülh Şurasının baş direktoru vəzifəsinə bolqarıstanlı diplomat Nikolay Mladenovun seçildiyini açıqlayıb.

Hökumət başçısı bu xəbəri N. Mladenovla Qüdsdə görüşdükdən sonra açıqlayıb və diplomatı əsas məqsədi atəşkəsin ikinci və daha mürəkkəb mərhələsinin həyata keçirilməsinə nəzarət etmək olduğunu bildirib.

Qeyd olunur ki,  bu təyinat D. Trampın İsrail və HƏMAS arasında iki ildən çox davam edən müharibəyə son qoyan oktyabr atəşkəsindən bəri yerində dayanan Yaxın Şərq sülh planı üçün böyük bir addımdır.

D. Trampın bu ayın sonunda şura üzvlərini təyin etməsi, N. Mladenovun isə onların Qəzzada nümayəndəsi olması gözlənilir.

Təyinat rəsmi olaraq açıqlanmadığı üçün anonimlik şərti ilə danışan yüksək vəzifəli ABŞ rəsmisi, N. Mladenovun Sülh Şurasına rəhbərlik etmək üçün D. Tramp administrasiyası tərəfindən seçildiyini təsdiqləyib.

ABŞ Prezidentinin planına görə, şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir.

Xatırladaq ki, Bolqarıstanın sabiq müdafiə və xarici işlər naziri Nikolay Mladenov sonradan BMT-nin İraqdakı nümayəndəsi vəzifəsində çalışmış və  2015-ci ildən 2020-ci ilə qədər BMT-nin Yaxın Şərq üzrə sülh elçisi təyin olunmuşdu.  Bu müddət ərzində o, tez-tez İsrail ilə HƏMAS arasında gərginliyi azaltmaq üçün çalışıb.

Keçən il oktyabrın 10-da başlayan atəşkəsin birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasına və HƏMAS tərəfindən saxlanılan girovların İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinli ilə dəyişdirilməsinə imkan yaratdı.

Razılaşma əsasən qüvvədə qalıb, baxmayaraq ki, qarşılıqlı ittihamlarla  bəzən pozulub.

HƏMAS hələ də sonuncu girovun - 7 oktyabr 2023-cü ildə müharibəyə səbəb olan işğal zamanı öldürülən bir İsrail polisinin cəsədini qaytarmayıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs İsrailin Qəzzaya aramsız hücumları nəticəsində 400-dən çox fələstinli həlak olub.

İsrail hücumların razılaşmanın pozulmasına cavab olduğunu iddia etsə də, Fələstin rəsmiləri ölənlər arasında onlarla mülki şəxsin olduğunu bildirirlər.

Yanvarın 7-də Qahirədə görüşən Misir və Avropa İttifaqı liderləri oktyabr  atəşkəsini izləmək üçün Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini tələb ediblər.

"Vəziyyət son dərəcə ağırdır. HƏMAS tərksilah olmaqdan imtina  edir  və sülh planının növbəti mərhələsinə doğru irəliləyişi əngəlləyir . İsrail isə beynəlxalq QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla humanitar yardıma çıxışı ciddi şəkildə təhlükə altına alır", - deyə Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas bildirib.

O vurğulayıb ki, Qəzzada humanitar vəziyyətin hazırkı səviyyəyə qədər pisləşməsi üçün heç bir səbəb yoxdur.

Bu arada, BMT-nin Qaçqınlar Agentliyinin rəhbəri xəbərdarlıq edib ki, İsrailin təşkilata təzyiqi xidmətlərdə "böyük boşluq" yaratmaq riski daşıyır.

BMT-nin Fələstin Qaçqınları üzrə Yardım və İşlər Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Ankarada jurnalistlərə bildirib ki, başqa heç bir təşkilatın bu ərazilərdə səhiyyə, təhsil və sosial xidmətlər göstərmək qabiliyyəti və ya "icma etibarı" yoxdur.

Qəzzaya humanitar yardımın çatdırılmasının yaxşılaşdırılması ilə bağlı rəsmilərlə danışıqlar aparmaq üçün Türkiyəyə yollanan  F. Lazzarini deyib: "Əgər agentlik Qəzzada və ya Qərb sahilindəki fəaliyyətini dayam edə bilməsə və ya buna məcbur edilsə, bu, böyük bir boşluq yaradacaq".


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!