01 May 2024 08:55
315
SİYASƏT
A- A+

Qərb bir daha anladı ki, Azərbaycan güclü və etibarlı dövlətdir

 

"Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nda Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olması bir daha təsdiqləndi. Prezident İlham Əliyevin İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı verdiyi mesajlar qlobal miqyasda böyük maraq doğuran məqamlar kimi yadda qaldı".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, forumda  Prezident ilk öncə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair prosesi müsbət hadisə kimi dəyərləndirməklə sülhpərvər və humanist məramını nümayiş etdirib: "Sülhün bütün region ölkələri üçün sabitliyin, rifahın və yeni iqtisadi münasibətlər sisteminin əsasını qoyacağını bəyan edib. Ümumilikdə İqlim Dialoqu çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər sülhün əldə edilməsi üçün münbit şəraitin yaradılması və dünyada geniş əməkdaşlıq palatformasının formalaşması üçün fürsət kimi qiymətləndirilə bilər".
Deputat bildirdi ki, Prezident İlham Əliyevin Almaniya dövlətinin rəsmiləri, kansler Olaf Şoltsla keçirdiyi görüşlər də siyasi hadisə kimi yadda qaldı və Almaniyanın bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunmasında dəstəyi ifadə olundu. Eyni zamanda Azərbaycanın COP29-a evsahibliyi edən ölkə kimi üzərinə düşən böyük məsuliyyətdən irəli gələrək "yaşıl enerji" sahəsində qətiyyətli addımlar atdığı vurğulandı ki, bu da respublikamızın qitələr arasında "yaşıl körpü"lər saldığını nümayiş etdirdi. Dünya bir daha şahidi oldu ki, Azərbaycan beynəlxalq platformalarda həmişə nümunəvi missiyası ilə seçilib, neft ixrac etdiyi ilk gündən heç bir siyasi məqsəd və məram güdməyib, enerji amilini yalnız dostluq və faydalı əməkdaşlığa yönləndirib.
A.Hüseynov söyləyib ki, dövlət başçımız görüşdə dünyanın əsas gündəliyi olan "yaşıl enerji" imkanları və Azərbaycanın bu prosesdə töhfəverici rolu barədə danışdı: "Qeyd olundu ki, Azərbaycan Avropa üçün "yaşıl enerji" təchizatçısı kimi məsuliyyətinə də çox dəqiqliklə yanaşacaq. Bu isə 1994-cü ildən başlanmış enerji təchizatının daha uzun illər davam edəcəyini və zəngin Azərbaycanın yeni enerji resursları ilə Avropanın əhəmiyyətli tərəfdaşı olmaq statusunu möhkəmləndirəcək".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan güclü və etibarlı dövlətdir: "Biz hər zaman qarşılıqlı hörmətə və etimada sadiqlik nümyaiş etdirmişik. Məhz bunun nəticəsidir ki, Azərbaycanı dünyada özünə tərəfdaş bilən dövlətlərin sayı heç də az deyil. Avropada ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yarandığı bir vaxtda Azərbaycanın etibarlı tərəfdaş hesab edilməsi olduqca sevindirici haldır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video