16 Yanvar 2026 17:54
484
SİYASƏT
A- A+
Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi təşəbbüsünün əhəmiyyəti ondan ibarətdir ki, bu, təşkilat tarixində ilk belə praktiki hərbi əməkdaşlıq formatı olacaq. Mövcud qlobal şəraitdə bu addım son dərəcə aktual və zəruridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında qazaxıstanlı siyasi şərhçi Zamir Karajanov deyib.

Onun sözlərinə görə, bu gün dünya getdikcə proqnozlaşdırılması mümkün olmayan mərhələyə daxil olur, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmama prinsiplərini ehtiva edən beynəlxalq hüquq isə böyük güclərin fəaliyyəti nəticəsində faktiki olaraq dəyərsizləşir: “Belə bir şəraitdə regionda qarşılıqlı etimada əsaslanan təhlükəsizlik mərkəzinin formalaşması artıq reallıqdır”.

Z.Karajanov qeyd edib ki, TDT çərçivəsində əməkdaşlıq çoxdan ticarət və investisiya müstəvisindən kənara çıxaraq müdafiə sektorunu da əhatə edir: “Bu gün artıq kollektiv təhlükəsizliyin ayrı-ayrı elementləri fəaliyyət göstərir. Terrorizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi texnikanın standartlaşdırılması istiqamətində işlər aparılır”.

Siyasi şərhçi vurğulayıb ki, bu məsələlər TDT-yə üzv dövlətlərin əksəriyyətinin, Türkiyə istisna olmaqla, açıq dənizlərə birbaşa çıxışının olmaması fonunda daha da aktuallaşır. Coğrafi baxımdan qapalı mövqedə yerləşən ölkələr quru logistikasından və nəticə etibarilə bir-birindən daha çox asılıdır. Fors-major vəziyyətlərdə, xüsusilə təcili hərbi təchizat tələb olunduqda, təminat yalnız təşkilata üzv ölkələrin ümumi sərhədləri üzərindən həyata keçirilə bilər.

“Bu səbəbdən TDT ölkələri arasında hərbi yüklərin maneəsiz tranzitini təmin edən hüquqi mexanizmlərin yaradılması vacibdir. Məhz bu kontekstdə Orta Dəhlizin inkişafı sırf iqtisadi layihə olmaqdan çıxaraq, milli təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edən məsələyə çevrilir”, - deyə Zamir Karajanov bildirib.

O sonda qeyd edib ki, birgə hərbi təlimlər və təhlükəsizlik sahəsində institusional əməkdaşlıq TDT-ni regionda sabitlik yaradan real güc mərkəzinə çevirən əsas amillərdən biri olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

15:00
16 Fevral

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb  

14:49
16 Fevral

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

14:36
16 Fevral

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

14:19
16 Fevral

Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb – YENİLƏNİB 

14:01
16 Fevral

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!