Qazaxda Aqrar Biznes Festivalı keçirilib
Qazaxda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.
Rayon Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri tabeli qurumları, bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.
Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətinə toxunub, kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar.
Festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər. Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından fermerlər iştirak edib.
Festival çərçivəsində keçirilən kredit yarmarkasında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər təklif edilib. Fermerlərə aqrar təyinatlı kreditlər və müxtəlif kredit məhsulları barədə ətraflı məlumat verilib.
Fermerlərin maarifləndirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs və Aqrar Xidmətlər Agentliyi Yanında Aqrar Təlim Mərkəzi tərəfindən təlimlər həyata keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən "Kartofun müasir üsullarla becərilməsi", "Payızlıq taxıl əkiləcək sahələrin səpinə hazırlanması" mövzularında təqdimatlar keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb.
2024-cü ildə ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı işə başlayıb
02 May
ÜST pandemiya ilə uşaqlarda piylənmə arasında əlaqəni göstərib
02 May
DSMF: Bu ilin dörd ayında 10 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
02 May
Prezident İlham Əliyevin Forumda çıxışı Ukrayna mətbuatının diqqət mərkəzindədir
02 May
Aparat rəhbəri: İƏT-ə üzv olan ölkələr turizmin inkişafı ilə əlaqədar birgə layihə hazırlayıblar ...
02 May
İƏT-in departament rəhbəri: Dialoq Forumu sosial mediada yaranan mənfi halların aradan qaldırılmasın...
02 May
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
02 May
Norveçli səyyahlar Füzuli sakinləri ilə görüşüblər
02 May
Nomqon-2 Memorial Kompleksində aşkarlanan bitig daşının təqdimatı olub
02 May
Maliyyə naziri: Qara dənizin dibi ilə elektrik enerjisinin nəqli Azərbaycan və Gürcüstanın enerji is...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!