25 Dekabr 2025 17:42
1645
Təhsil
A- A+
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasında müasir tədris infrastrukturu yaradılıb 

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasında müasir tədris infrastrukturu yaradılıb 


Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasında müasir tədris infrastrukturu yaradılıb. Bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş infrastruktura malikdir.

Universitetin Biznes və iqtisadiyyat fakültəsinin dekanı Kamran Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fakültədə hazırda 20 professor - müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 23-də açılışı olan Biznes və iqtisadiyyat fakültəsinin yeni tikilmiş binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb.

Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan verəcək.

“Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir”, – deyə dekan bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!