“Qarabağ” Kiprdə “Omoniya”ya ustad dərsi verdi
Ağdamlılar Vətənə 4:1 hesablı qələbə ilə döndülər
Futbol üzrə Avropa konfrans Liqasının qrup mərhələsində yer alan Ağdamın “Qarabağ” komandası xalqımıza və milyonlarla pərəstişkarlarına növbəti dəfə inamlı oyun və parlaq qələbə bəxş etdi.
Kipr çempionu “Omoniya” klubu ilə səfər matçına çıxan ağdamlılar ilk dəqiqələrdən təşəbbüsü ələ keçirib rəqib qapısı qarşısında ard-arda təhlükəli vəziyyətlər yaradırdı.
Birinci hissənin yarıdan çoxunu təzyiq altında olan meydan sahibləri arabir əks-hücumlara atılsa da, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da qalırdı.
Lakin 40-cı dəqiqədə “Omoniya” standart vəziyyətdən maksimum yararlanmağı bacardı - kiprlilərin hündürboylu müdafiəçisi Yan Letsyak “ikinci mətəbədə” hamını qabaqlayaraq hesabı açdı - 1:0.
Adətən, fasiləqabağı buraxılan qol futbolçulara pis təsir edir. Amma təcrübəli və döyüşkən “Qarabağ” bu sınaqdan da uğurla çıxdı. İkinci hissənin əvvəlindən kəsərli hücumların qurulması ilə ağdamlılar meydan sahiblərinə daha güclü təzyiq göstərməyə başladılar və tezliklə bu, öz bəhrəsini verdi. 52-ci dəqiqədə braziliyalı legioner Kadi təxminən 30 metr məsafədən dəqiq zərbə endirdi - 1:1.
Bundan sonra “Qarabağ”ın hücumları bir-birini əvəzləyirdi və təzyiqə tab gətirməyən kiprlilər “sındılar”. 73-cü dəqiqədə Ramil Şeydayev fərqləndi və komandasını hesabda irəli çıxardı. 6 dəqiqədən sonra kapitan Maksim Medvedev 11 metrlik cərimə zərbəsini zərgər dəqiqliyilə yerinə yetirdi - 3:1. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə dubla imza atan Kadi qoydu və “Omoniya”- “Qarabağ” qarşılaşmasında darmadağın rəsmiləşdi - 1:4.
Ağdamlılar ardıcıl olaraq ikinci matçda yüksəksəviyyəli futbol nümayiş etdirir və vurulan-buraxılan topların ən yaxşı fərqi sayəsində öz qrupunda 4 xalla liderlik edir.
“Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik.” Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.
“Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”, - deyən Q.Qurbanov əlavə edib: “İlk hissədə də kifayət qədər qol imkanlarımız oldu. Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli oldu”.
Beləliklə, “Qarabağ” Nikosiyada Kipr çempionu “Omoniya”ya ustad dərsi verdi. Bunu rəqib komandanın baş məşqçisi Henninq Berg də yerli jurnalistlərə müsahibəsində təsdiqləyib: “Bu cür komandalarla oyunda qapını toxunulmaz saxlamaq çətindir... Bu gün biz çox şey öyrəndik. Biz böyümək və daha yaxşı olmaq üçün buradayıq”.
Qrupda 3-cü turun oyunları oktyabrın 21-də keçiriləcək. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Qazaxıstan çempionu - Almatının “Kayrat” klubunu qəbul edəcək.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK
04 May
Everesti fəth etmək üçün icazələrin sayı azalacaq
04 May
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
04 May
Nigeriyada qızılca xəstəliyindən 42 nəfər ölüb
04 May
Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlu...
04 May
Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyy...
04 May
Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!