04 May 2024 14:25
259
CƏMİYYƏT
A- A+

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 4-də Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb.

DQİDK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda həyat tərzi olan multikulturalizmin, dinlərarası harmoniyanın təşviqinin dövlət siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.

Qonaq, həmçinin Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr, o cümlədən DQİDK-nın fəaliyyəti barədə məlumatlandırılıb.

Görüşdə, eyni zamanda, Azərbaycan multikulturalizm modelinin mütərəqqi bir model kimi təbliği istiqamətində görülən işlər və gələcək layihələr barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video