23 May 2024 16:16
337
DÜNYA
A- A+

Qahirə danışıqları bərpa olunur


Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair danışıqlar yaxın bir neçə saat ərzində Qahirədə yenidən başlayacaq.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu barədə EFE agentliyi Misirin təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat yayıb. Onların sözlərinə görə, İsrail tərəfi Misir hakimiyyətinə “Qəzzada atəşkəs və girovların mübadiləsi üzrə danışıqları bərpa etmək xahişi ilə” müraciət edib.

“The Times of Israel” yazır ki, İsrailin mesajı Qahirənin vasitəçi kimi danışıqlar prosesindən çıxmasının mümkünlüyü ilə bağlı bəyanatları fonunda daxil olub. Bundan əvvəl Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan xəbərdarlıq etmişdi ki, Qahirə, səyləri şübhə altına alınarsa, münaqişənin həllində iştirakdan imtina edə bilər.

Mayın 9-da Qahirədə Qəzza zolağında atəşin dayandırılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb. Misir mediasının məlumatına görə, tərəflər bir sıra mübahisəli məsələlərdə konsensusa gəlmədən Qahirəni tərk ediblər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video