06 Dekabr 2023 09:00
22292
SİYASƏT
A- A+
Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək

Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək

 

Cənubi Qafqazda təhlükəsizliyi və sülhü təmin edəcək yeganə güc Azərbaycandır. Regionun lider ölkəsi olan Azərbaycan bölgənin inkişafı, tərəqqisi, gələcəyi naminə Ermənistan ilə normallaşmaya tez bir zamanda nail olunması üçün bütün mümkün addımları atır, əməli fəaliyyət göstərir. 
Hətta Azərbaycan ilə Ermənistan arasında barış əldə olunması üçün kənar vasitəçilərə belə lüzum görməyən Bakı ikitərəfli görüşlərin sülhə gətirib çıxaracağını əminliklə bildirir və bu fikri müdafiə edir. 
Lakin Azərbaycanın siyasi, diplomatik müstəvidə sülh istiqamətində atdığı addımlara qarşı tərəf nəinki adekvat cavab verir, əksinə, sülhdən yayınmaq üçün hər cür siyasi, hərbi təxribatlara əl atır.
Dekabrın 4-də Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı açıqlaması da İrəvanın növbəti sülhpozucu davranışlarına nümunədir. Ermənistan XİN-in dezinformasiya xarakterli, iftira dolu iddiasını Azərbaycan Müdafiə Nazirliyi təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, Ermənistan tərəfinin bu yalan açıqlaması onun silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. 
Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. 
Ermənistan tərəfi bu kimi açıqlamaları ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür: "Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır".
Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı müddətdə, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə iki ölkə arasında münaqişənin sülh yolu ilə həll olunmaması üçün bütün çirkin yollara əl atan Ermənistan tərəfi hazırda barışa zərbə vuran fəaliyyətlə məşğuldur. Bunu İrəvanın aylardır Azərbaycanın sülh sazişi üzrə təkliflərinə cavab verməməsi də aydın şəkildə göstərir.
Noyabrın 20-də Prezident İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış edən zaman dövlət başçımız məhz bu vacib məqama toxunaraq söylədi ki, Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik: "Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib".
Təbii ki, işğalçılıq siyasəti sayəsində dalan ölkəyə çevrilən, hərtərəfli tənəzzülə uğrayan Ermənistan sülhdən yayınmaqla özünü bir dövlət olaraq məhv olmaq təhlükəsi qarşısında qoyur və bu gerçəkliyi İrəvan da bilir. 
Lakin müstəqil siyasət yürüdə bilməməsi, eyni anda bir neçə ölkənin forpostu olmaq kimi "unikal" fəaliyyəti sayəsində  Ermənistan özünün xilası olacaq sülh müqaviləsini imzalaya bilmir. Konkret ifadə etsək, Qərbdəki ağaları buna imkan vermir.  
Ermənistan "sülh" adı altında Cənubi Qafqazda münaqişə, müharibə toxumları səpmək istəyən riyakar Qərb ölkələrinin  əmri, qızışdırması ilə yenidən müharibə eyforiyasına qapılır. Amma İrəvan unutmamalıdır ki, heç bir xarici qüvvə və onların Ermənistana verdikləri köhnə-külüş hərbi texnikaları "dəmir yumruğ"un qarşısında tab gətirə bilməz, necə ki, buna 44 günlük müharibədə, eləcə də 23 saatlıq antiterror tədbirlərində əyani şahidlik ediblər. 
Odur ki, Ermənistan necə ki, gec deyil, ağlını başına yığmalı və elə özünün xeyrinə olaraq sülh müqaviləsinin tezliklə imzalanmasına çalışmalıdır. 
Yuxarıda sözügedən bəyanatında Prezident İlham Əliyevin söylədiyi kimi: "...Qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə cari ilin yekununa dair toplantı keçirilib

12:44
14 Dekabr

Azərbaycan nefti bahalaşıb

12:43
14 Dekabr

Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatlıq məhsul satışı həyata keçirilib

12:41
14 Dekabr

"Time" jurnalı Trampı "İlin adamı" elan edib

12:21
14 Dekabr

“Ağıllı” plastır hazırlanıb

12:07
14 Dekabr

Ən uzun sualtı avtomobil tuneli inşa edilir

11:52
14 Dekabr

“Tablolarda nağıllar” mövzusunda sərgi-müsabiqənin yekun tədbiri keçirilib  

11:38
14 Dekabr

Ötən gün aşkarlanaraq götürülən silah-sursatın sayı açıqlanıb

11:28
14 Dekabr

Pensiya ödənişlərinə 5 milyard 949 milyon manat vəsait yönəldilib

11:26
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!