09 İyul 2026 19:33
293
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib


Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçilərkən səsləndirdiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" bəyanatına bütün fəaliyyəti boyunca sadiq qalıb. Onun Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyinin güclənməsinə və ölkənin davamlı inkişafına mühüm töhfə verib. Bu gün Azərbaycan tam müstəqil siyasət yürüdən, vətəndaşının özünü təhlükəsiz hiss etdiyi və dövlətin daim onun yanında olduğunu gördüyü bir ölkədir. Daxildə yeni münasibətlər sisteminin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılıb, xarici siyasətdə isə milli maraqlar əsas prinsip kimi götürülüb. Nəticədə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev şəxsi keyfiyyətləri ilə seçilən liderdir. Onun milli maraqlara, tarixi təcrübəyə və müasir çağırışlara əsaslanan siyasi yanaşması daim uğurlu olub. Bu baxımdan, demək olar ki, dövlətimizin başçısının xalqa söykənməsi, xalqdan güc alması qarşıya qoyulan böyük dövlətçilik məsələlərinin həllində həmişə müsbət nəticələrə gətirib çıxarır.

“Prezident İlham Əliyev dünya siyasətində tanınan nüfuzlu dövlət xadimidir. Onun həm qonşu ölkələrlə, həm Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərlə münasibətlərdə, həm də beynəlxalq təşkilatlardakı səmərəli fəaliyyəti ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, müxtəlif ölkələrin liderləri və nüfuzlu siyasi analitiklər Prezident İlham Əliyev haqqında yüksək fikirlər səsləndirir, onu öz xalqının maraqlarını qətiyyətlə müdafiə edən güclü siyasi lider kimi dəyərləndirirlər. Dövlətimizin başçısı siyasətində müstəqilliyimizin qorunmasına və möhkəmləndirilməsinə, ölkədaxili məsələlərin həllinə xüsusi önəm verir”, - deyə deputat əlavə edib.

A.Mirzəzadə diqqətə çatdırıb ki, Azərbaycan dövləti uzun illər torpaqların işğaldan azad edilməsini əsas milli prioritet kimi müəyyənləşdirmişdi. Bu məqsədə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü Ordunun, səmərəli xarici siyasətin və milli birliyin təmin edilməsi zəruri idi.

"Prezident İlham Əliyev bu strateji vəzifələrin hamısını uğurla yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycana bütün resurslarını ölkənin gələcək inkişafına və digər mühüm məsələlərin həllinə yönəltmək imkanı yaradıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Qonşu ölkələrlə hərtərəfli əməkdaşlığın inkişafı xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bütün problemlərin beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət prinsipləri əsasında həllinin tərəfdarıdır. Məhz bu prinsiplər ölkəmizin ikitərəfli münasibətlərinin də əsasını təşkil edir. Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və qarşılıqlı maraqların qorunmasına yönəlmiş mövqeyini qətiyyətlə davam etdirəcək", - deyə Aydın Mirzəzadə qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının iclası olub

11:37
10 İyul

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

11:35
10 İyul

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!