28 Yanvar 2026 10:40
318
CƏMİYYƏT
A- A+
Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, bu qəzaların təhlili göstərib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir. Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.

İl ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.

Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.

Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!