24 Yanvar 2026 08:15
2275
SİYASƏT
A- A+
İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi


Davos Dünya İqtisadi Forumunun son illərdəki tədbirlərinin hamısında Azərbaycana maraq böyük olub. Bu baxımdan forumun 56-cı tədbiri də istisna təşkil etmədi. Forum  bu dəfə də ölkəmizin  iqtisadiyyatının  qlobal səviyyədə təqdim edildiyi və  dünyanın   diqqət   mərkəzində olduğunu  göstərən bir  məkana, platformaya  çevrildi.

Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində   aparıcı maliyyə institutları və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərə Azərbaycanın  uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi  də demək olar. Çünki bu görüşlərdə ölkəmizdə mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici sərmayələrin cəlb olunması baxımından strateji investisiya prioritetləri kimi müəyyən edilib. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın institusional investorlar üçün strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini təsdiqləyir.

Götürək elə dövlətimizin başçısının Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşünü. Görüşdə enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub. Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə  ölkəmizlə bu qurum arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirilib. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi olub. 

Vurğulayaq ki, Azərbaycan  nail olduğu  yüksək  göstəricilər, həyata keçirdiyi qlobal layihələr, qazandığı etibarlı tərəfdaş imici sayəsində hər il Davos forumunun diqqət mərkəzində olur. Tədbirdə iştirak edən dünyaşöhrətli şirkətlərin bir çoxunun rəhbəri Azərbaycan Prezidenti ilə görüşmək, ölkəmizlə əməkdaşlığı davam etdirmək, yaxud yeni əlaqələr qurmaq barədə müzakirələr aparmaq istəyirlər. Bu dəfə də belə oldu.

Davosdakı bir sıra görüşlərdə dünyanın tanınmış şirkətləri Prezidentimizə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əlaqələrini genişləndirmək məqsədlərini bəyan ediblər. Belə ki, dövlətimizin başçısının Davosda "J.P.Morgan", "Global Infrastructure Partners" (GIP), "Brookfield Asset Management" və digər şirkətlərin rəhbərləri ilə görüşləri olub. Bunlar  indiyədək ARDNF ilə uğurlu əməkdaşlıq edən və bundan məmnun qalan şirkətlərdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "BlackRock" və "Global Infrastructure Partners" arasında imzalanan niyyət protokolu ölkənin suveren sərvətlərinin qlobal dəyər zəncirinə daha dərin inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Məlumat mərkəzləri, süni intellekt infrastrukturu və hava limanı infrastrukturu kimi sahələrin prioritetləşdirilməsi ARDNF-nin investisiya portfelində ənənəvi aktivlərdən yüksək texnoloji və real sektor yönümlü aktivlərə mərhələli keçidi əks etdirir. Bu yanaşma həm gəlirliliyin diversifikasiyası, həm də uzunmüddətli dayanıqlılığın təmin olunması baxımından müasir suveren fond idarəetmə prinsiplərinə tam uyğun hesab olunur.

"J.P. Morgan", "DP World", "Vestas Wind Systems" və "BTG Pactual" kimi aparıcı şirkətlərlə aparılan müzakirələr Azərbaycanın makroiqtisadi sabitliyinin və fiskal intizamının beynəlxalq maliyyə bazarlarında yüksək etimad qazandığını təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən, idarə etdiyi aktivlərin həcmi 4 trilyon  dollardan artıq olan "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ölkəmizdə sabit və etibarlı investisiya mühitinin mövcudluğunu vurğulayıb. 

Görüşlər zamanı təxminən yarım trilyon dollardan çox aktivləri idarə edən "BTG Pactual" şirkətinin sədri Andre Esteves ARDNF ilə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələrin aparıldığını, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqların davam etdirildiyini bildirib. Bundan başqa, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)  fəaliyyətinin maliyyələşdirilməsi, bərpaolunan enerji və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlıq imkanları ölkəmizin qeyri-neft sektorunun dərinləşdirilməsi və "yaşıl transformasiya" gündəliyinin praktik investisiya alətlərinə çevrildiyini göstərir.

Baş ofisi Rotterdam şəhərində yerləşən, dünyanın aparıcı neft ticarəti şirkətlərindən biri  olan "Vitol"un da ölkəmizə marağı böyükdür. Bunu şirkətin baş icraçı direktoru Rassel Hardi Prezidentimzlə görüşdə bildirib. Söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunulub. Bu xüsusda bir sıra Avropa ölkələrinin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulanıb. Ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Davosda çəkilən yeni əməkdaşlıq konturları iqtisadiyyatın  ayrı-ayrı sahələrini əhatə edir. Prezident İlham Əliyevin dünyanın İT üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının "Dell Technologies"in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşünü xatırlatmaq yerinə düşər.  Təsadüfi deyil ki, görüş zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb. "Dell Technologies"in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin İT infrastrukturunun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Bir sözlə, Davos Dünya İqtisadi Forumunda  fəal iştirakı Azərbaycanın sabit, islahatlara açıq və proqnozlaşdırılan iqtisadi siyasət yürüdən ölkə imicini daha da gücləndirdi. Azərbaycan bu platformada regional iqtisadi mərkəz kimi  mövqeyini daha da möhkəmləndirdi. Etibarlı enerji təchizatçısı statusunu bir daha nümayiş etdirdi. Ölkəmizə  həm siyasi, həm də iqtisadi etimad  daha da artdı.     


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!