13 Mart 2025 09:55
2866
Səhiyyə
A- A+
Oruc tutmağın daha bir faydası

Oruc tutmağın daha bir faydası


Autofagiya ömrü uzadır


Hər kəs sağlam, uzun ömür sürmək istəyir. Amma hüceyrə, toxuma və orqanlarımız təbiətin qanununa uyğun olaraq yaşlanır və qocalma prosesi başlayır. Bu təbii prosesi yavaşlatmaq üçün saysız tədqiqatlar aparan mütəxəssislər bildirirlər ki, xüsusilə 50 yaşdan sonra sağlam həyatın ən mühüm təyinedicilərindən biri autofagiyadır.

Autofagiyanın hərfi mənası "özünü yemək" olsa da, onun elmi izahı tamamilə fərqlidir. O, hüceyrə səviyyəsində baş verən, müəyyən xəstəliklərin yaranma ehtimalını azaldan və ömrü uzadan təbii bərpaedici prosesdir. Autofagiyada hüceyrələr orqanizmdə olan zəhərli tullantılarla, yəni toksinlərlə qidalanır. Bu, insan orqanizmində hüceyrə səviyyəsində utilizasiyanın aparılmasıdır. Zaman keçdikcə hüceyrə membranında olan makromolekullar onu öldürür, dəyişdirir və şiş hüceyrələrinə yem edir. Autofagiya zamanı isə prosesə daxil olan hüceyrələr içlərindəki lizosomlar adlı kiçik strukturların köməyilə öz tullantılarını istehlak edərək həyatda qalırlar. Nəticədə orqanizm yararsız yüklərdən azad olur. Bunu orqanizmin təmizlənməsi, bir növ təbii detoks prosesi kimi qiymətləndirmək olar.

Autofagiya prosesi 1960-cı illərdə kəşf edilsə də, onun tarixi bəşəriyyət tarixi qədər qədimdir. Oruc tutmağın ilk və ən təsirli yolu olan autofagiyanın əhəmiyyəti yalnız 1990-cı illərdə yapon alimi Yoşinori Ohsuminin tədqiqatının dərcindən sonra qiymətləndirilib. Prosesin faydalarını elmi şəkildə sübut edən alim 2016-cı ildə tibb üzrə Nobel mükafatı qazanıb.

Elmi tədqiqatlar nəticəsində sübut olunub ki, hüceyrələr təkcə kənardan daxil olan yeməklə qidalanmır. İnsan ac qalsa, az yesə, lazımi qədər zülal və protein qəbul etməsə belə, hüceyrə bu zülalı tapır. İnsana gün ərzində 300 qram protein lazımdır, amma yeməklə maksimum 70 qram protein daxil olur. Bəs hüceyrə qalan miqdarı necə əldə edir? Yoşinori Ohsumi sübut edib ki, hüceyrələr proteini daxillərində olan lazımsız zülalları işlədərək alır.

Yapon alimi bu gedişatı birhüceyrəli maya göbələyi üzərində kəşf edib. O, müşahidə edib ki, hüceyrələr kənardan lazımi qədər qida alanda, vizual olaraq onlarda heç bir dəyişiklik baş verməyib. Maya göbələyinə az qida verildikdə isə hüceyrələrin ətrafını autofaqosomlar əhatəyə alıb və "özünü yemə" prosesi başlayıb.

Autofagiya prosesini sürətləndirmək üçün oruc tutmaqdan əlavə, fiziki məşqlər də tövsiyə edilir. Lakin yeməkdən dərhal əvvəl və sonra ağır idmanla məşğul olmaq məsləhət görülmür. Bunun üçün ən yaxşı vaxtın səhər saatları olduğu bildirilir. Səhər acqarına edilən məşqlər maddələr mübadiləsini daha da sürətləndirir. Yuxudan duran kimi bir stəkan su içib, yarım alma və 1-2 dənə ərik qurusu yeyib, sonra 20-30 dəqiqə orta intensivlikdə idmanla məşğul olmaq, sürətli yerimək lazımdır. Səhər idmanının təsirini artırmaq üçün idmandan sonra qatıq, qaynadılmış yumurta ağı, pendir kimi zülalla zəngin səhər yeməyi tövsiyə edilir. Belə səhər yeməyi əzələ kütləsini gücləndirərək yağ yandırılmasını sürətləndirir. Çünki bel ətrafında yığılan piylər daxili orqanları yükləyən və onları əhatə edən pis yağlardır. Zaman keçdikcə çəki problemi damar probleminə, immun probleminə və xərçəng təhlükəsinə çevrilir.

Yoşinori Ohsumi bildirib ki, gündə 12 saatı aşan oruc dövrləri autofagiya prosesi üçün ideal zamandır. Uzun müddət və ya tez-tez oruc tutmaq sağlamlığa zərər verə bilər. Buna görə də orqanizmin həm mənəvi, həm sağlamlıq baxımından dincəldiyi ramazın ayı məhz 29-30 gün sürür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!