09 İyul 2026 10:00
345
Mədəniyyət
A- A+
Ortaq elmi irs: 100 il əvvələ tarixi baxış

Ortaq elmi irs: 100 il əvvələ tarixi baxış


2026-cı ilin fevral ayında Birinci Türkoloji Qurultayın 100 illiyinin tamam olması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli sərəncamı ilə ortaq və zəngin irsə malik türk xalqlarının inteqrasiyasına töhfə vermiş tarixi hadisənin əhəmiyyəti bir daha gündəmə gəldi. Say-seçmə türkoloqlar bir araya gələrək, nəhəng imperiya daxilində kəskin rus şovinizminin mövcud olduğu vaxtda "Biz türküz, soyumuz-kökümüz birdir!" - fikir və əməl birliyi ideyası onları bu çağırışla çağdaş türk dövlətlərinin birliyinə yeni nəfəs qatacaq əzəli məram ətrafında birləşdirdi.

Birinci Türkoloji Qurultayın əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndiylə həmahəng olaraq, ölkəmizin və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyinə görə qurultayın 100 illik yubileyi çərçivəsində "Bakı. 1926: Dil, Fikir, Birlik" sərgisi keçirilib. Bütün türk xalqlarının elm və mədəniyyət tarixində mühüm hadisə olmuş Türkoloji Qurultay türk xalqlarını ortaq dil, ortaq mədəniyyət və ortaq tarixi köklərə bağlanan elmi irs ətrafında bir araya gətirərək türk dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərini bərpa etmişdir. Son dövrlər dərinləşən strateji əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin türkologiya elminin inkişafına, eləcə də ortaq köklərə malik elmin, mədəniyyətin qorunması və dünyaya inteqrasiyasına mühüm töhfələr verəcəyi müstəsnadır. 

Ortaq tarixi yaddaşımızın yaşadılmasına xidmət edən layihələrin bir parçasına çevrilən "Bakı. 1926: Dil, Fikir, Birlik" adlı ekspozisiya Milli Azərbaycan Tarixi Muzeyi ilə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ərsəyə gəlib. Müasir muzey yanaşması ilə türk xalqlarının ortaq mədəni köklərini, XIX-XX əsrlərdə həyata keçirilən əlifba islahatlarını, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasətini, yeni türk əlifbası hərəkatını, Birinci Türkoloji Qurultayın fəaliyyətini, 1937-1938-ci illər repressiyalarını, müstəqillik dövrü türk dünyasında yenidən vüsət alan inteqrasiya proseslərini ziyarətçilərə təqdim edir - dəyərli arxiv materialları, fotoşəkillər, sənədlər, muzey eksponatları vasitəsilə. Sərgidə təqdim edilən nadir sənədlər, rəsmi protokollar, dövri mətbuat nümunələri, Tarix Muzeyi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarına məxsusdur. Fotolar Ədalət Tahirzadənin şəxsi kolleksiyasındandır.

Sərginin açılışında akademik Nailə Vəlixanlı giriş sözü ilə bildirib ki, Birinci Türkoloji Qurultay türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olmaqla yanaşı, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, əlifbası, terminologiyası, toponimikası, etnoqrafiyası və digər sahələr üzrə fundamental məsələlərin elmi əsaslarla araşdırılmasına, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm zəmin yaradıb: "Qurultay iştirakçılarının irəli sürdükləri ideyaların yalnız həmin dövr üçün deyil, bu gün də türk dünyasının mədəni inteqrasiyasının əsas istiqamətlərindən biri olduğu daha aydın görünür. Əlifba və orfoqrafiya, terminologiya, tədris və metodika, ortaq ədəbiyyat kimi mühüm məsələlər üzrə qəbul edilən qərarlar və irəli sürülən təkliflər bu gün də öz aktuallığını qoruyur". Nailə Vəlixanlı həmçinin vurğulayıb ki, qurultayın tarixi əhəmiyyətini cəmiyyətə çatdıran belə sərgilər zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının elm və mədəniyyət tarixində mühüm dönüş nöqtəsi olub. Qurultay ortaq dil, mədəniyyət və elm sahəsində əməkdaşlığın möhkəmlənməsinə, türkologiya elminin inkişafına mühüm töhfələr verib. O vurğulayıb ki, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultay türk dünyasının intellektual tarixində mühüm mərhələ olmaqla, ortaq dil, mədəniyyət və elmi əməkdaşlıq ideyalarının formalaşmasına təkan verib. Onun sözlərinə görə, "Bakı. 1926: Dil, Fikir, Birlik" sərgisi ortaq tarixi yaddaşa və zəngin mədəni irsə ehtiramın ifadəsidir. Aktotı Raimkulova qeyd edib ki, fond qurultayın 100 illiyi münasibətilə il ərzində bir sıra layihələr həyata keçirib. Bunlara qurultaya həsr olunmuş monoqrafiyanın nəşri, beynəlxalq tədbirlərin, sərgi və simpoziumların təşkili, həmçinin maarifləndirici media layihələri daxildir, bütün bu təşəbbüslər türk dünyasının ortaq tarixi yaddaşının qorunmasına, zəngin mədəni irsinin təbliğinə, gələcək nəsillərə çatdırılmasına, eləcə də türk dövlətləri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.


Gülnar HACIYEVA,

AMEA Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!