20 Aprel 2025 09:15
819
Mədəniyyət
A- A+
"Onun gözlərində musiqiyə vurğunluq, sənət aşiqliyi gördüm"

"Onun gözlərində musiqiyə vurğunluq, sənət aşiqliyi gördüm"


İnsan hansısa bir sənəti, peşəni sevdisə, ona ürəkdən bağlandısa, cazibəsindən çıxa bilmir. Həmişəlik olaraq onun əhatə dairəsində qalır, həmin peşənin vurğunu olur. Pərvanə tək sənətinin ətrafına dolanaraq ömrünü bu yolda şam kimi əridir. 

Ölkəmizin dilbər guşələrindən biri olan Ağdaşda dünyaya göz açmış gənc pianoçu Həmayə Baxışovanın qəlbində, ürəyində hələ kiçik yaşlarından  musiqiyə sevgi oyanıb, özü də hiss etmədən onun cazibəsinə düşüb. Bu sevgi, məhəbbət günlərin birində onu musiqi məktəbinə gətirib, sənətin zirvəsinə yaxınlaşdırıb. 

Həmayə Baxışova musiqi təhsilini 2014-cü ildə Ağdaş rayonundakı Habil Əliyev adına 1 nömrəli 7 illik uşaq musiqi məktəbində Günay Musazadənin sinfində alıb. Böyük sevgiylə pianonun sirlərinə yiyələnib, onun dillərindən qopan səsin sehrinə düşüb. Beləcə Həmayə bu səsin sehrində onu  musiqi dünyasına aparacaq yollarda ilk inamlı addımlarını atıb. Bu yollar Həmayəni neçə-neçə konsert salonuna, respublika və beynəlxalq müsabiqələrə aparıb.


Uğurlara gedən yollar


 Hələ kiçik yaşlarından musiqi müsabiqələrində iştirak edən Həmayə 2016-cı ildə Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan xalqının Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Gənc istedadlar" müsabiqəsinə də qatılır. İstedad və bacarığını ortalığa qoyaraq müsabiqənin qalibi olur.

Bundan sonra Həmayənin uğurlarının qapıları bir-birinin ardınca açılmağa başlayır. O, 2017-ci ildə "Üzeyir bəy Hacıbəylinin Milli Lad Sistemi Gənc Musiqiçilərin Tədris Repertuarında" 2-ci Respublika Festivalında, Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş "Pianoçuların 4-cü Respublika Elmi-İfaçılıq Müsabiqəsi"ndə, 2018-ci ildə Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Pianoçuların 5-ci Respublika Elmi-İfaçılıq Müsabiqəsi"ndə, "Akademik, Xalq və Caz Musiqisi" Respublika Festivalında, 2019-cu ildə "Soltan Hacıbəyov-100", "İsmayıl Hacıbəyov-70" Gənc Musiqiçilərin Respublika Festivalında iştirak etmiş, tərifnamə və təşəkkürnamələrə layiq görülmüşdür.

Həmayə 2020-ci ildə Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən "Qarabağ Kuboku-2020" Beynəlxalq İncəsənət Müsabiqəsində 3-cü yerə çıxıb. 2021-ci ildə isə İtaliyada keçirilən onlayn "Beynəlxalq İdarəetmə Musiqi Festivalı"nda 2-ci yeri tutaraq laureat adını qazanıb. Buna görə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla da mükafatlandırılıb. Bakı Musiqi Akademiyasının məktəb studiyasının 40 illiyinə həsr olunmuş "Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik" adlı Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində diploma layiq görülüb. 2021-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib.

2021-ci ildən gənc musiqiçi Həmayə Baxışova həyatının yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq neçə vaxtdan bəri ürəyində gəzdirdiyi arzusuna çatıb. Musiqi sənəti fakültəsi, instrumental ifaçılıq kafedrasında fortepiano ixtisası uzrə sənətşünaslıq uzrə fəlsəfə doktoru, dosent, "Tərəqqi" medallı Səbinə Mehdiyevanın sinfində təhsil almağa başlayıb. Həmayə hazırda bu ali təhsil ocağının 4-cü kursunda təhsilini davam etdirir. 


Qazandığı nailiyyətlərdə müəllimlərinin əməyi çoxdur


Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil almağın ona nə verdiyini soruşanda respublika və beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova çox fikirləşmədən dedi ki, ali məktəb həyatı qısa müddət ərzində ona gözəl  muəllimlər və dostlar qazandırıb. "Əldə etdiyim uğurlarda muəllimlərimin əziyyətini dana bilmərəm". 

Ali musiqi təhsili almağa başlayandan sonra Həmayə Baxışova müxtəlif müsabiqələrdə  daha böyük uğurlar qazanıb. "Payız Əfsanələri 2021" İncəsənət Müsabiqəsində   1-ci dərəcəli   laureat adına, 2022-ci ildə "Ümid-2022" İncəsənət Müsabiqəsində 1-ci yerə, Arts Olimpiya Müsabiqəsində solo və qarışıq alətlər - duet nominasiyaları üzrə yarışmada hər 2 nominasiya üzrə 1-ci yerə  layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ənənəvi olaraq keçirilən "Sürət və Cürət" 2-ci etüd müsabiqəsinin qaliblərindən biri olub.  

Yaşının az olmasına baxmayaraq, Həmayə Baxışova dünyanın bir çox ölkəsində keçirilən müsabiqələrdən də əliboş dönmür. Gənc pianoçu Böyük Britaniya və Qazaxıstanın təşkilatçılığı ilə keçirilən "British Lion", İtaliya və Qazaxıstanın təşkilatçılığı ilə keçirilən "Euro Stars" beynəlxalq müsabiqələrində "Grand Prix" mükafatlarına layiq görülmüşdür. 2023-cü ilin iyun ayında isə o, Türkiyədə keçirilən 8-ci Uluslararası Piyano Yarışması və Festivalından vətənə "Ən yaxşı performans mükafatı" ilə qayıtmışdır. 


Həm böyük şərəf, həm də fəxr və məsuliyyət 


Həmayə Baxışova müsabiqələrdə əldə etdiyi mükafatlarla bərabər, təhsilini də uğurla davam etdirir. Dərslərindən həmişə yüksək qiymətlər alan Həmayə həm müəllimlərinin, həm də tələbə yoldaşlarının sevimlisidir. O həm də "Heydər Əliyev təqaüdçüsüdür. Gənc musiqiçi deyir ki, bu təqaüdə layiq görülmək onun üçün şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir: "Bunun üçün Prezident İlham Əliyevə minnətdaram. Həmişə, hər zaman gənclərə böyük dəstək verən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bizim hamimiz, dayağımızdır". 

Həmayə söhbət zamanı ali təhsil ocağının rəhbərliyinin ünvanına da minnətdarlıq dolu sözlər söylədi: "İstedadlı gənclərə göstərilən etimada görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar incəsənət xadimi Ceyran Mahmudovaya və bütün müəllimlərimə sonsuz minnətdarlığımı bildirirəm".

Gənc musiqiçi Həmayə Baxışova müsabiqələrdəki çıxışlarını yenə də uğurla davam etdirir. O, 2024-cü ildə Niderlandda keçirilən Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsində çıxış etmiş və diplomla təltif olunmuşdur. Ötən il dekabrın 21-də dahi bəstəkar Qara Qarayevin ev-muzeyində gənc musiqiçinin solo konserti keçirilmişdir.  2025-ci ildə İngiltərədə onlayn keçirilən "Beethoven İnternational music Competition 2025" müsabiqəsində "Master Prize" mükafatına layiq görülmüşdür. 


Sənətinin aşiqi


Söhbətinə davam edən Həmayə Baxışova hazırda bir sıra layihələr üzərində çalışdığını və bu işlərin ona gələcəkdə daha böyük uğurlar qazandıracağını bildirdi. Dedi ki, uğurlarına görə müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevaya, dosent İradə Xəlilovaya, professor, bəstəkar Adilə Yusifovaya, Bikə Axundovaya, Kəmalə Şıxəliyevaya, Ellada Hüseynovaya minnətdardır: "Adlarını çəkdiyim və çəkmədiyim insanlar mənə yalnız bilik yox, həm də həyatıma ilham qatıblar, böyük səhnələrə gedən yolları göstəriblər". 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva tələbəsi haqqında xoş sözlər dedi: "Həmayə çox istedadlıdır. İlk dəfə qarşılaşanda onun gözlərində musiqiyə vurğunluq, sənət aşiqliyi gördüm. O, öyrəndikləri və bildikləri ilə kifayətlənmir, daim öz üzərində çalışır. Əminliklə deyirəm ki, onun gələcəyi çox parlaq olacaq. Çünki adi musiqiçi deyil, əsl sənət fədaisidir. İnanırıq ki, Həmayə indən sonra da ölkəmizi beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək, yeni-yeni uğurları ilə bizi sevindirəcək". 

Söhbətimiz zamanı gənc musiqiçi gələcək istəklərini də dilə gətirdi: "Ən böyük arzum ölkəmizi daha geniş səhnələrdə layiqincə təmsil etməkdir. Buna görə də indiyə qədər öyrəndiklərimlə kifayətlənmir, daim öz üzərimdə çalışır, yeni bilik və təcrübələrə yiyələnirəm. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!