02 Mart 2023 01:33
1899
Oxucu məktubları
A- A+
Ömürlərə ömür calayır

Ömürlərə ömür calayır

 

Bəzən tanınmayan, işi-gücü olmayan bir kəs 100 il, bir dahi isə çox qısa ömür yaşayır. Tanınmayan elə dünyanı tərk etdiyi gün də unudulur. Dahi, xeyir əməl sahibi isə zamanın yaddaşına möhürünü vurub xatirələrdə yaşayır.
Bir də var həkim ömrü... Başqalarının da ömürlərində yaşanan ömür. Həkimləri xeyir mələyi də adlandırmaq olar. Təbii ki, bu zaman söhbət insanların ömrünə ömür qatan, dərdinə əlac edən, xəstəyə ümid olan həkimlərdən gedir. 
Xaləddin Qafarovu  40 ilə yaxındır ki, tanıyıram. 1987-ci ildən Ucar Rayon Mərkəzi Xəstəxanasında nevroloq işləyir. Maraqlısı budur ki, onu tanıyanların hamısı Xaləddin həkimi özünün yaxın dostu, sirdaşı, təkcə dərdini yox, həm də sirrini, sözünü deyə biləcək etibarlı həmsöhbət bilir. Müraciət edib şəfa tapanlar onu özlərinin xilaskarı bilir, dərdinə əlac edə bilmədiklərinin yaxınları isə "Xaləddin həkim də bir şey edə bilmədisə, qisməti bura qədərmiş, olacağa çarə yoxdur", - deyib taleyin hökmü ilə barışırlar. 
İnsanı tanıdan, fərqləndirən həm də onun xasiyyətidir. Bu mənada şəfalı əllərindən, həkimlik bacarığından başqa, Xaləddin həkimi elə, obaya sevdirən onun yaxşı adam olmasıdır. 
Əyalətdə həkim işləməyin öz çətinlikləri var. Rayon həkiminin xəstə üstünə evə çağırılmağı, bəzən ağır xəstənin başının üstündə günlərlə keşik çəkməyi da olur. Rayon adamları axşamlar qapısını bağlayıb, telefonunu söndürüb, "istirahət edirəm" deyən həkimlərin üstünə getməzlər, dərdini anlayanların yanına tələsərlər.
Ömür gün yoldaşı Şəhla xanım Xaləddinlə bir sinifdə oxuyub: "Onu mənə də, insanlara da sevdirən həkimliyindən çox insanlığı olub. Hələ bir dəfə də olsun Xaləddinin gecələr qapını döyənə, onu çağırana "kimsən", "nə olub", "niyə gəlmisən", "gedə bilmərəm" dediyini eşitməmişəm. Bir də görmüşəm ki, çantasını götürüb gedir". 
Xaləddin həkim isə deyir ki, gecələr qapı döyülürsə, demək kömək lazımdır: "Son ümid yeri məni bilib gəlib. İstər nə qədər vacib işim olsa, mütləq üstümə gələnin çağırışına getməliyəm. Evlərə, xəstələrin üstünə gedəndə diqqətimi ilk cəlb edən xəstə yaxınlarının mənə zillənən ümid dolu  baxışları olur. Onda başımı göyə qaldırıb yaradanımdan güc, qüvvət istəyirəm. Bəzən elə olur ki, günlərlə yuxusuz da qalmalı oluram, yoruluram. Həyata qaytardığım bir xəstəmin dediyi "həkim, sağ ol, məni yenidən həyata qaytardın" kəlməsi ən böyük mükafatımdır. Yorğunluğumu evə qayıdandan sonra tarımı sinəmə sıxıb "Bayatı şiraz", "Şahnaz" çalmaqla çıxarıram. Həmişə öz peşəmi sevmişəm. 44 günlik Vətən müharibəsi zamanı isə yaralı əsgərlərimizi müalicə etdiyim üçün həkim olmağımla fəxr etmişəm".
Ömrünü neçə-neçə xəstənin ömrünə calayıb, özü də min ömürdə yaşayan insandır Xaləddin həkim. Yaşadığı həkim ömrü onu yalnız doğulduğu Boyat kəndinin, fəaliyyət göstərdiyi rayonun yox, qonşu rayonların da sevimlisi edib. Çünki o, 60 ili yola verənlərdən yox, yaşamağı bacaranlardandır.

E.QƏNİYEV,
Ucar rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:01
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:00
23 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son 1 həftə qalıb  

09:57
23 Yanvar

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb  

09:57
23 Yanvar

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından çıxıb  

09:55
23 Yanvar

Tramp: İran istiqamətində hərəkət edən böyük donanmamız var  

09:34
23 Yanvar

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

09:33
23 Yanvar

UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun qarşılaşmaları keçirilib  

09:30
23 Yanvar

Baş nazir: Gürcüstanda parlament seçkiləri 2028-ci il oktyabrın 28-də keçiriləcək  

09:29
23 Yanvar

Xəttatlığın dili ilə danışan sənətkar

09:25
23 Yanvar

Konsepsiya Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələdir

09:20
23 Yanvar

Qusarlılar taxıl səpinini başa çatdırıblar

09:15
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!